Yuxarı

“Azərbaycan Yeni İpək Yolunun mühüm hissəsidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əfqanıstanda problemlər qalmaqdadır və biz əfqan dostlarımızla daha çox işlər görməliyik. Azərbaycan bu məqsədlə öz səylərini davam etdirmək və qoşun, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə Qətiyyətli Dəstək Missiyasına (QDM) əhəmiyyətli dərəcədə töhfə vermək əzmindədir.

Axar.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO Qətiyyətli Dəstək Nazirlər toplantısında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycanın QDM-ə eyni sayda heyətdən ibarət qoşunla verdiyi töhfə 2016-cı ildə də davam etdiriləcək. Azərbaycanın Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım etdiyini xatırladan E. Məmmədyarov bildirib ki, ölkəmiz 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcək.

"İlk tranş artıq NATO/Əfqanıstan Milli Ordusu Etimad Fonduna köçürülüb. Bundan başqa, mən QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq missiyasına qoşulmaq üzrə prinsipial razılığımızı vurğulamaq istərdim. Son olaraq bildirmək istərdim ki, ölkəmin Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir. Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla, Əfqanıstanı özü-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir", - deyə o vurğulayıb.

Tarix
2015.12.01 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla