Yuxarı

Səməndər Rzayevdən həmkarlarına ağır ittiham

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşlı aktyorlar gənclərə dəstək vermirlər.

Bu sözləri gənc aktyor Səməndər Rzayev yaşlı nəsildən olan aktyorların onlara dəstək olmaması haqda Axar.az-a danışarkən deyib. Gənc aktyor yaşlı həmkarlarını sərt şəkildə ittiham edib:

"Bizdən böyük olan aktyorların əllərində hər cür imkan, şərait var ki, böyük bir məktəb yaratsınlar, gənclərə dəstək olsunlar. Heç birindən dəstək görmürəm. Amma gündə gedib 5-10 dənə toyda hoppanıb-düşürlər, artıq onların hoppanıb-düşən yaşları deyil. Xaricdə bütün sənətkarlar cavanlara dəstək olurlar, onları qabağa çəkirlər. Bizimkilər elə bilirlər, bu sənəti özləri ilə qəbirə aparacaqlar.

Köhnə sənətkarlarımızdan Yaşar Nurini, Səyavuş Aslanı hamı sevirdi. Onların yerinə gələnlərin çoxu elə də güclü aktyor deyil. Bundan əlavə, insani keyfiyyətləri də yoxdur. Bu yaxınlarda filmimin təqdimatı oldu. Ora tanınmış sənətkarları dəvət etmişdim, amma çoxu gəlmədi. Gəlsələr, adam sevinər ki, gəldilər, dəstək oldular. Artıq gəlməyəndə başa düşürsən ki, bunlar indidən rəqabətə başlayırlar. Halbuki heç bir rəqabət ola bilməz. Başqalarından fərqli olaraq, Fərda Xudaverdiyev, Vəfa Zeynalova gəlib dəstək oldu".

Tarix
2015.12.05 / 21:01
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla