Yuxarı

Telejurnalist “Pamukun nağılı”nı təqdim etdi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telejurnalist Nigar İsmayılqızı Gənc Tamaşaçılar Teatrında esselərdən ibarət "Pamukun nağılı" adlı kitabını təqdim edib.

Teleqraf.com xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov səbəbkarı təbrik edib:

"Nigar çox istedadlı xanımdır. Türkiyədə telejurnalist kimi fəaliyyət göstərir. "Pamukun nağılı" kitabının ilk oxucusu mən oldum. Esselər çox maraqlıdır. Kitabın davamının gəlməsini arzu edirəm".

Yazıçı Elçin Hüseynbəyli isə kitaba ön söz yazdığını bildirib: "Nigar İsmayılqızının zəngin iç dünyası var. İnsanların psixologiyasını çox gözəl bilir və ona uyğun əsər yazıb".

Təqdimat mərasimində yazıçı Çingiz Abdullayev, əməkdar artist Füzuli Hüseynov, xalq rəssamı Arif Hüseynov, "Gündəlik Teleqraf" qəzetinin şef redaktoru Taleh Şahsuvarlı və başqaları iştirak edib.

Kitab Azərbaycan Yazıçılar Biriliyi tərəfindən nəşr edilib.

Tarix
2015.12.06 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla