Yuxarı

Heydər Əliyev Nijni Novqorodda anıldı - Foto

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar, Nijni Novqorodda anım gecəsi keçirilib. Tədbir Ümumrusiya Azərbaycanlılar Konqresinin Nijni Novqorod Regional Bölməsi (ÜAK NRB) təşkil edilib.

Azərtac xəbər verir ki, ÜAK NRB-nin icraçı direktoru Roman Ağayev gecəni açaraq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bu tədbirin iştirakçılarına və təşkilatçılarına ünvanlanmış məktubunu oxuyub.

R.Ağayev giriş sözündə qeyd edib ki, hər bir azərbaycanlı, onun vətəndaşlığından və yaşadığı ölkədən asılı olmayaraq, Heydər Əliyevin xatirəsini qəlbində yaşadır. ÜAK NRB-nin icraçı direktoru deyib:

"Ulu öndərin şəxsiyyətinin miqyası, keçmiş SSRİ-nin bütün xalqlarının rifahı naminə onun qurucu əməyi Rusiyada da ehtiramla yad edilir. Əlamətdar haldır ki, Nijni Novqorod vilayətinin rəhbərliyi və ictimaiyyəti Heydər Əliyevi Azərbaycanın inkişaf və tərəqqi xəttinin müəllifi kimi tanıyır. Rusiyada yaşayan müxtəlif millətlərin nümayəndələrinin nəzərində Heydər Əliyev Azərbaycanın ən görkəmli, tanınmış və məşhur siyasətçisidir, çünki Heydər Əliyev fenomeni özlüyündə onun bu cür qəbul edilməsi üçün əsas verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin böyük işini o qədər uğurla davam etdirir ki, Azərbaycan rusiyalıların nəzərində Rusiya Federasiyası ilə dostluq və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirməyə yönəlmiş müasir, stabil və firavanlaşan dövlət kimi qəbul edilir. Biz isə ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını davam etdirmək üçün bundan sonra da hər cür səy göstərməyə hazırıq".

Nijeqorod vilayəti Müsəlmanlarının Ruhani İdarəsinin (NVMRİ) sədri Həyaz-həzrət Zakirov ümummilli liderin adının etimologiyasına diqqəti cəlb edərək bildirib ki, bu adın mənası "irəlidə gedən" deməkdir. NVMRİ sədri deyib:

"Bizim üçün - Rusiya müsəlmanları üçün Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onda ifadə olunur ki, hətta Sovet hakimiyyəti illərində də müsəlman dəyərləri şəraitində tərbiyə almış bu görkəmli siyasətçi SSRİ rəhbərliyində təmsil olunarkən islami adət və ənənələrin qorunub saxlanmasında çox böyük rol oynayıb. Biz bu böyük insanın xatirəsini ehtiramla yad edirik".

Nijeqorod vilayətindəki Kstovo şəhərinin sakini Nina Utkina Heydər Əliyevlə bilavasitə ünsiyyətdən aldığı təəssüratları bölüşərək xatırlayıb ki, hələ Sovet dövründə Nina Utkinanın oğlu Bakıda, Azərbaycan Hərbi Dəniz Məktəbində oxuyarkən ona diplomu Heydər Əliyev təqdim edib.

Sonra Nijeorod vilayətindəki Özbək İcmasının sədrinin müavini Aleksandr Sileyenkov çıxış edib. o, Heydər Əliyevin bioqrafiyasından maraqlı faktlar misal gətirərək vurğulayıb ki, o, konkret əməli işlərlə xalqlar dostluğunun real möhkəmlənməsinə kömək edirdi. A. Sileyenkov deyib: "Heydər Əliyevin parlaq karyerasının siyasi tərkib hissəsi ilə yanaşı o, geniş tutumlu mədəniyyət anlayışının hər mənasında mədəniyyət vasitəsilə keçmiş Sovet İttifaqının bütün xalqları arasında xeyirxah, səmimi insani əlaqələrə öz əməli işləri ilə stimul yaradırdı".

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) əlaqələndiricisi Ramin Rəcəbov ümummilli lider Heydər Əliyevin fəaliyyətinin mühüm tarixi mərhələləri üzərində diqqəti cəmləşdirərək onun Azərbaycan xalqı üçün xilaskar missiyasını xüsusi vurğulayıb . R. Rəcəbov deyib: "Əlamətdar haldır ki, Rusiyada RAGB sədri Leyla xanım Əliyeva başda olmaqla bu birlik çərçivəsində aparılan işlər Heydər Əliyev siyasətinin əyani nümunəsidir".

Azərbaycana səfərdən yenicə qayıtmış E.Çirikov muzeyinin ictimai şurasının sədri, tanınmış ictimai xadim və yaradıcı ziyalıların nümayəndəsi Mixail Çirikov Azərbaycandakı Rus İcmasının vəziyyəti timsalında Heydər Əliyevin çoxmillətli Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb. M.Çirikov deyib: "Mən Azərbaycanda olarkən hər bir azərbaycanlının statusundan və mövqeyindən asılı olmayaraq Heydər Əliyev şəxsiyyətinə səmimi qəlbdən hörmət bəsləməsi məni həqiqətən sözün yaxşı mənasında heyrətləndirdi. Xalq öz ümummilli liderini xatırlayır və ehtiramla yad edir, onun xatirəsini qayğı ilə qoruyur. Azərbaycanda üzvlərinin sayına görə ən böyük icma olan rus icmasının nümayəndələri, habelə bu ölkədə yaşayan başqa amillərin nümayəndələri bir səslə təsdiq edirlər ki, məhz Heydər Əliyev Azərbaycanı hamı üçün və hər kəs üçün sabit və təhlükəsiz dövlətə çevirib, İlham Əliyev başda olmaqla Azərbaycan rəhbərliyi bu prinsipə bu gün də dönmədən riayət edir, Azərbaycanı daha güclü və firavan dövlətə çevirir".

Anım gecəsinin rəsmi hissəsindən sonra tədbir iştirakçıları "Mir" Dövlətlərarası Teleradio Şirkətində istehsal edilmiş "Heydər Əliyev. Qalibin yolu" filminə tamaşa ediblər.

Tarix
2015.12.11 / 15:51
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla