Yuxarı

Akif Əlizadə: "Bütün qüvvələr səfərbər edilib"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası yüksək kadr hazırlığına nail olmaq və istedadlı gənclərin potensialından səmərəli istifadə etmək üçün bütün qüvvələri səfərbər edib.

Trend-in məlumatına görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə gənc alim və mütəxəssislər, dissertant və doktorantlarla görüşündə deyib.

Onun sözlərinə görə, müasir dövrdə yüksəkintellektli gəncliyin formalaşması hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir: "Bu gün Azərbaycan elmində ciddi islahatlar aparılır. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. məqamlar xüsusi aktuallıq kəsb edir".

Akademiyanın gənclər siyasətinin uğurla həyata keçirildiyini, 2015-ci ilin AMEA üçün kifayət qədər səmərəli və məhsuldar il olduğunu deyən akademik müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn və ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələyə qədəm qoyduğunu nəzərə çatdırıb. A.Əlizadə alimlərin sosial-məişət və mənzil problemlərinin həlli, onların yaradıcı fəaliyyətinin stimullaşdırılması və xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atıldığını da söyləyib.

Tarix
2015.12.26 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla