Yuxarı

Petriaşvili: “Azərbaycanla danışıqları tələb edirik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qazprom"la aparılan danışıqların dövlətin maraqlarına xidmət etməməsi ilə bağlı ciddi şübhələr var.

Axar.az xəbər verir ki, bunu Azad Demokratlar Partiyasının liderlərindən biri olan Aleks Petriaşvili jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, partiya hökumətin bu barədə aparılan danışıqları gizli saxlamasından narahatdır:

"Bu danışıqlar Azərbaycanın açıqlamalarından sonra daha təhlükəli görünür. Bu açıqlamaya görə, Azərbaycanın Gürcüstanı təbii qazla təchiz etmə baxımından heç bir problemi yoxdur. Biz hökuməti ölkənin təhlükəsizliyi və regionun strateji inkişafını təhlükə altına qoymamağa çağırırıq. Biz Gürcüstanın siyasi təhlükəsi olmayan qazla təmin edilməsi üçün Azərbaycan tərəfi ilə danışıqların maksimal şəkildə gücləndirilməsini tələb edirik. Xatırlayın ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır, "Qazprom" isə sadəcə işğal vasitəsidir".

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze "Qazprom" nümayəndələri ilə Sürixdə gizli görüşüb. Tərəflərin razılığına əsasən Azərbaycanın Gürcüstana satdığı qazın 50%-ni rus qazı əvəz etməlidir. Rəsmi Tiflis isə bu görüş barədə bütün iddiaları təkzib edib. Lakin Energetika naziri Kaxa Kaladze dünən jurnalistlərə açıqlamasında SOCAR-ın Tiflisə "Qazprom"un təklif etdiyi qiymətdən baha qaz satdığını və Azərbaycandan Gürcüstana gələn boru kəmərlərinin ölkənin qaza olan tələbatını ödəməyə qadir olmadığını bildirib. Ölkə müxalifəti də Rusiyadan qaz alınmasının əleyhinə çıxış edib.

Tarix
2016.01.14 / 12:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla