Yuxarı

İlham Əliyev pakistanlı admiralla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.

Axar.az xəbər verir ki, Azərbaycanla Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğunu, xalqlarımızın bir-birinə qardaşlıq münasibəti bəslədiyini deyib.

Dövlət başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini və səfər zamanı aparılan konstruktiv müzakirələri məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Pakistanlı qonaq ölkəmizin, xüsusilə Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını dedi. Pakistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi, dini və mədəni köklərə malik olduğunu xüsusi vurğulayan Muhammad Zakaullah xalqlarımızın münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Dövlət başçısı Prezident Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Tarix
2016.01.14 / 14:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla