Yuxarı

Bu ölkə Rusiyaya cavabını verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monteneqronun NATO-ya üzv olması vətəndaşların mənafeyinə uyğundur və heç kimə qarşı təhlükə yaratmır. Daxili işlərimizlə bağlı üçüncü tərəf fikir bildirə bilməz.

Axar.az xəbər verir ki, bu barədə Monteneqronun Daxili İşlər və İnteqrasiya Nazirliyi tərəfindən yayılan açıqlamada deyilib.

Açıqlamada Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin "Monteneqro NATO-ya üzv olmaq istəyinə görə peşman olacaq" sözlərinə sərt münasibət bildirilib:

"Monteneqro ictimaiyyətində aparılan araşdırmalar onu göstərdi ki, ölkə daxilində NATO üzvlüyü dəstəklənir. İctimaiyyətin bu məsələ ilə bağlı fikrinin öyrənilmədiyi və ölkənin az bir qisminin NATO-ya üzv olmağa tərəfdar olması ilə bağlı yayılan məlumatlar əsassızdır. Milli mənafeyimizi əsas tutaraq xarici siyasətdə əsas istiqamətimiz Avropa Birliyi və NATO-ya üzv olmaqdır".

Qeyd edək ki, Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin açıqlamasında Monteneqronun NATO-ya üzv olmaq istəyinə görə peşman olacağını bildirmişdi.

Xatırladaq ki, Monteneqro 2 dekabr 2015-ci ildə isə NATO-dan üzvlüklə bağlı dəvət almışdı.

Tarix
2016.01.14 / 19:36
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla