Yuxarı

Terror: Əsas məqsəd Türkiyəni çökürtməkdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbuldakı terrorun arxasında bir çox siyasi məkrli maraqlar dayanır.

Bu barədə Axar.az-a politoloq Zərdüşt Əlizadə açıqlama verib. Ekspert bəzi qüvvələrin Türkiyə ilə bağlı qaranlıq ssenarilərinin nəticəsiz qalacağını bildirib:

"Türkiyə hökuməti ölkədə baş verən terror hadisələrinin hamısının qarşısını ala bilməz. MİT hazırda çalışır ki, əlindən gələni etsin. Görünür, hələlik bu işin öhdəsindən istənilən dərəcədə gələ bilmirlər. Çünki Türkiyənin düşmənləri artır. Lakin bu terror aktının əsas hədəflərindən biri Türkiyəyə iqtisadi zərbə vurmaq idi. Aydındır ki, bəzi qüvvələr Türkiyəyə alman turistlərin axınını əngəlləməyə çalışır. Bu olay Türkiyəyə milyardlarla ziyan vura bilər. Bu isə hazırda bir çox siyasi qüvvələrə sərf edir. Türkiyəyə qarşı planlı qurulan bu oyun daxildəki bəlli düşmənlərə də sərf edir. Hazırda Suriyadan sonra növbənin Türkiyəyə çatacağına və ölkədə çox böyük bir vətəndaş müharibəsinin başlaya biləcəyinə dair məlumatlar dolaşır. Bu tipli yazıların hamısı müxtəlif məkrli maraqlara xidmət edir və heç bir əsası yoxdur. Çünki Türkiyə güclü bir dövlətdir".

Tarix
2016.01.15 / 08:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla