Yuxarı

Talıbov DTX rəisinə yeni vəzifə verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr" barədə müşavirə keçirilib.

Report-un xəbərinə görə, Ali Məclisin sədri Vasif Talıbov vurğulayıb ki, ölkədə idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər görülüb, Azərbaycan idman yarışlarının keçirildiyi beynəlxalq mərkəzə çevrilib: "Naxçıvanda da əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna mühüm əhəmiyyət verilir. Muxtar respublikada aparılan idman siyasətinin kökündə idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək dayanır. Bu məqsədlə muxtar respublikada müasir idman infrastrukturu yaradılıb. Bununla yanaşı, uşaq və gənclərin idmana cəlbi istiqamətində də müəyyən işlər görülüb.

V.Talıbov bildirib ki, hazırda muxtar respublikada 7 yaşdan 18 yaşadək 89 min uşaq və gənc var ki, onun da 46 min 853-ü oğlan, 42 min 147-si qızdır: "Oğlanlardan 30 min 55 nəfəri, yaxud 64 faizi, qızlardan isə 7 min 226 nəfəri, yaxud 17 faizi idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən isə 133-ü idmanla məşğul olur ki, bunun da 102-si oğlan, 31-i isə qızdır. Əvvəlki dövrlərlə müqayisədə 2015-ci ildə gənclərin idmana cəlbi istiqamətində irəliləyişlər olsa da, aparılmış təhlillər onu deməyə əsas verir ki, yaradılan şəraitdən heç də tam istifadə olunmur".

Ali Məclisin sədri çıxışında Naxçıvan Karate-do Federasiyasının fəaliyyətini tənqid edib. O deyib ki, ötən müddətdə federasiya öz fəaliyyətini qura bilməyib. O elan edib ki, Karate-do Federasiyasının fəaliyyətində dönüş yaradılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Ələkbərov federasiyanın yeni sədri təqdim olunur.

Fazil Ələkbərov göstərilən etimada görə minnətdarlıq edib.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Naxçıvan Güləş Federasiyasının üzvü Qabil Musayev də çıxış edib.

Tarix
2016.01.16 / 00:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla