Yuxarı

Vikipediya kimin marağına xidmət edir? – Müsahibə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəs birbaşa Vikipediyaya girib, istənilən məlumatı əldə edə, eyni zamanda, əldə etdiyi məlumatı Vikipediyaya yerləşdirə bilər. Bura fayllar, videolar, filmlər və s. aiddir.

Bu sözləri Axar.az-a AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, Vikimərkəzin rəhbəri İradə Ələkbərova Vikipediyanın yaranmasının 15 illiyindən danışarkən deyib.

Onun sözlərinə görə, sayta daxil olan məlumata heç kim əks təsir göstərə bilməz. Lakin daxil olan məlumatı bütün istifadəçilər gördüyündən, hər kəs müdaxilə edib, mətndə müəyyən dəyişiklik etmək ixtiyarına sahibdir.

- Edilən düzəlişlərin doğruluğu necə yoxlanılır?

- Burada artıq mübahisələr yarana bilər. Vikipediyada informasiyalar müxtəlif insanlar tərəfindən yarandığına görə baxışlarda, ideologiyalarda müxtəliflik hiss olunur. Hər kəsin baş verən hadisələrə öz baxışı var. Ona görə də Vikipediyada yaradılan məqalə istifadəçilərin dünyagörüşlərini, baxışlarını ifadə edir.

Biz Vikipediyada yayımlanan məlumatların hər birinin düzgün və etibarlı olması barədə heç nə deyə bilmərik. Orda yanlış, mübahisəli məqalələr çoxdur.

- Vikipediyada yanlış məlumatlar necə müəyyən edilir?

- Vikipediyanın əsas şərtlərindən biri etibarlı mənbənin göstərilməsidir. Əgər bu mənbə göstərilmirsə, məlumat sistemdən silinə bilər.

- Mötəbər mənbə dedikdə nələr nəzərdə tutulur?

- Dövlət saytları, dünyaca məşhur xəbər agentlikləri, hər hansı elm xadiminin rəsmi saytı, dünyaca tanınmış universitetlərin nəşri və s. Bu kimi yerlərdən götürülən məlumatların silinmə ehtimalı sıfra bərabərdir.

- Vikipediyanın mərkəzi harada yerləşir?

- Baş ofis Amerikada yerləşir. Vikipediya qeyri-hökumət təşkilatıdır. Təşkilatın özünün mütəxəssisləri, proqramçıları, nəzarətçiləri, hər bir dil bölməsinin administratorları var.

- Administratorlar necə seçilir?

- Təşkilatda fəaliyyət göstərən hər bir administrator səsvermə vasitəsilə seçilir. Zamanla onlar arasında dəyişikliklər baş verir. Təşkilatın əsas prinsiplərindən biri də gənclərə yer verməkdir.

- Nəzərə alaq ki, Vikipediya böyük saytdır və fəaliyyəti üçün böyük vəsait lazımdır. Bəs təşkilat bu vəsaiti hardan əldə edir? Və yaxud, sistem əsas nəyə, kimlərə xidmət edir?

- Vikipediyanın arxasında əsas olaraq Amerika dövləti dayanır. Və təşkilat birbaşa Amerika dövlətinin marağına xidmət edir. Digər sosial şəbəkələrdə olduğu kimi, bu sayt da Amerika tərəfindən nəzarətdə saxlanılır və idarə olunur. Rəsmi şəkildə isə bu barədə heç bir məlumat yoxdur.

- İndi isə Vikimərkəzdən danışaq...

- Bizdə Vikipediya ilə məşğul olan xüsusi mərkəz var. Həmin mərkəz Vikimərkəz adlanır. Mərkəz müxtəlif sektorlara bölünüb. Hər bir sektorda 3-4 əməkdaşımız fəaliyyət göstərir. Onlar sırf araşdırma ilə, bir də tədrislə məşğul olan qruplardır. Təbliğat qrupumuz da var. Çalışırıq ki, gənclərimizi Vikipediyaya yönəldək. Çünki belə olarsa, səsimizi dünyaya daha tez çatdıra bilərik.

- Vikipediyada azərbaycanca olan məqalələrin sayının az olmasına səbəb nədir?

- Bu gün saytda ən çox məqalə ingilis dilindədir. Bu dildə 4 milyondan artıq məqalə var. Buna səbəb isə dünyada ingiliscə danışanların çox olmasıdır. Bizim dildə olan məqalələrin sayının az olmasına səbəb isə internet istifadəçilərinin azlığıdır.

Xatırladaq ki, Vikipediya — müxtəlif dillərdə, həmçinin, Azərbaycan dilində virtual, açıq ensiklopediyadır. Ümumi internet vasitəsilə azad yayımlanır və könüllülər tərəfindən zənginləşdirilir. Sistem 300 dildə fəaliyyət göstərir. Dünyada internetə çıxışı olan hər bir kəs Vikipediyaya daxil olaraq qeydiyyatdan keçmədən səhifələrdə dəyişiklik apara bilər. Sistem dünyanın ən böyük mənbə və məlumat bazası hesab edilir.

Vikipediya 15 yanvar 2001-ci ildə yaradılıb, azərbaycanca isə 2004-cü ildən etibarən fəaliyyət göstərir. Sistem fəlsəfə doktoru Larri Sanqer və amerikalı sahibkar Cimmi Ueylsdirin birgə ideyası əsasında yaranıb.

Tarix
2016.01.16 / 08:30
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla