Yuxarı

Veysəloğlu yeni qiymətlər müəyyənləşdirdi – Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin düşməsi ölkə iqtisadiyyatına da öz təsirini göstərib. Hazırda bütün dünyada, həmçinin Azərbaycanda milli valyutaların dəyərdən düşməsi və qiymətlərin bahalaşması prosesi gedir.

Bu sözlər Veysəloğlu Şirkətlər Qrupundan Axar.az-a daxil olan açıqlamada əksini tapıb. Bildirilir ki, manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçiddən sonra şirkət özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb:

"Veysəloğlu MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb. Eyni zamanda, xammal idxalında yaranmış qiymət artımı Ulduz Şokolad Fabrikinə də təsirsiz ötüşməyib. Ulduz fabriki bu gün özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir. Yaranmış vəziyyətlə bağlı Veysəloğlu şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir".

Şirkət rəsmi açıqlamasında hər hansı süni qiymət artımına yol verilmədiyini də xüsusi vurğulayıb:

"Bu gün hər hansı süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri etmişdir".

Tarix
2016.01.16 / 12:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla