Yuxarı

Mağazanı yandıran oğrular tutuldu - Biləsuvarda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda silsilə oğurluq edən şəxslər tutulub.

Report xəbər verir ki, rayon sakini Cəmil Xudaverdi oğlu Kazımov oğurluq edildikdən sonra mağazasnın yandırıldığı barədə polis şöbəsinə müraciət edib.

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəhmədabad kənd sakinləri Elsevər Tahir oğlu Rzazadə və Heydər Müslüm oğlu Qasımlı şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. ilkin dindirilmə zamanı məlum olub ki, həmin şəxslər Cəmil Kazımova məxsus ərzaq mağazasına daxil olaraq 5200 manat dəyərində ərzaq məhsulları oğurlayıb.

Onlar izi itirmək məqsədi ilə mağazaya od vuraraq yandırmaqla mağaza sahibinə 15 min manat maddi ziyan vurublar.

Bundan başqa E.Rzazadə və H.Qasımlı müxtəlif vaxtlarda rayonun Əliabad, Xırmandalı, Çinarlı və digər kəndlərindən də silsilə oğurluq etdikləri də məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.01.16 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla