Yuxarı

ABŞ-da gözlənilməz çöküş: Səhmlər sürtələ ucuzlaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft qiymətlərindəki kəskin azalma və pərakəndə satışlarda geriləməni göstərən rəqəmin açıqlanmasından sonra ABŞ-da səhmlər kəskin düşüb.

Publika.az xəbər verir ki, Dow Jones (Dou Cons) Sənaye İndeksində azalma 500 bəndi aşıb və 15,866 bəndə enib. "Standard & Poor's 500" indeksi 2.5% itki ilə 1,858.91 bənd olub.

"Citigroup" və "Wells Fargo"un proqnozlardan daha yaxşı çıxan rüblük gəlirlərinə baxmayaraq, səhmləri ən azı 3.8% düşüb.

"Goldman Sachs Group Inc" ipoteka kreditləri üzə aparılan istintaq çərçivəsində 5.1 milyard dollar cərimə ödəməyə razılaşması və bunun bankın dördüncü rüb mənfəətinin 1.5 milyard dollar azalmasına səbəb olacağı ilə səhmləri 3.6 faiz ucuzlaşıb.

"Wal-Mart Stores"in səhmləri 269 mağazanın bağlanacağı və 16 min nəfərin ixtisar ediləcəyi açıqlamasından sonra 2.1 faiz düşüb.

Analitiklər bildirirlər ki, ABŞ-da iqtisadi inkişafın mənzərəsi daha qeyri-müəyyən hala gəlir və FED-in zəif iqtisadi şəraitdə faiz artımına getməsi vəziyyəti daha da pisləşdirə bilər.

Onu da deyək ki, bu gün neftin qiyməti 28 dollara düşüb.

Tarix
2016.01.16 / 16:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla