Yuxarı

Millət vəkili: "Müəssisələr özəlləşdirilməlidir"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hələ də dövlətin tam balansında olan kifayət qədər müəssisə, eləcə də qismən özəlləşdirilən müəssisələr qalıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda qismən özəlləşdirilən 600-dən artıq səhmdar müəssisə var: "Onlarda dövlətin payı bəzən 30 faizədək çatır. Birbaşa beynəlxalq investisiyaların iştirakı ilə həmin müəssisələrin özəlləşdirilməsi aparılsa, bu, Azərbaycana iri valyuta axınını təmin edəcək. Bundan başqa, ölkəyə xarici texnologiyaları cəlb edəcək, yeni iş yerləri yaradacaq və vergi qoyma bazasını genişləndirəcək".

R.Quliyev qeyd edib ki, həmin obyektlərin özəlləşdirilməsi asan tapşırıq deyil, lakin tapşırığın reallaşdırılması Azərbaycan iqtisadiyyatına canlanma gətirə bilər: "Əsasən, yeni texnologiyalara ehtiyacı olan mürəkkəb və kapitaltutumlu obyektlər özəlləşdirilməmiş qalıb. Lakin onların özəlləşdirilməsi iqtisadiyyatı xeyli sağlamlaşdıra və canlandıra bilər".

Tarix
2016.01.18 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla