Yuxarı

YAP maliyyə hesabatını açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayının 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

Axar.az YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar görüləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2015-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2015-ci ilə dair illik statistik hesabat, partiyanın 2015-ci il üzrə maliyyə hesabatı qəbul edilib. Bildirilib ki, 2015-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib.

Ötən ilin başlıca siyasi hadisəsi parlament seçkiləri olub. Parlament seçkilərində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının namizədləri özünün növbəti möhtəşəm qələbəsini təmin edib. Bütövlükdə parlamentə seçilən deputatların 71 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləridir. Qeyd olunmuşdur ki, seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub.

2015-ci ildə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.

YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilmiş, bir sıra mühüm görüşlər keçirilib.

Qeyd olunub ki, 2015-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına 23 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiyanın üzvlərinin sayı 667 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İdarə Heyətinin iclasında həmçinin, YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Qeyd olunub ki, 2015-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 442 113 manat olub. Bunun 6 293 512 manatını üzvlük haqları, 1 148 601 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 767 616 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 573 169 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, 187 788 manatı parlament seçkiləri ilə əlaqədar partiya hesabından seçki fonduna köçürmələrə, 161 264 manatı ezamiyyə xərclərinə, 259 126 manatı invertarların alınmasına, 319 902 manatı təmir işlərinə, 393 770 manatı kommunal və təsərrüfat xərclərinə, 182 737 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 62 778 manatı bank xidmətinə, 235 343 özəlləşmə və icarə haqlarına, 242 443 manatı isə sair xərclərə sərf edilib.

Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 6 385 936 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 1 056 177 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb. 2016-cı ilin yanvar ayının 1-nə partiyanın depozit hesabında ehtiyat vəsaiti 6 000 000 manat olub.

YAP İdarə Heyətinin 2015-ci ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2016-cı ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.

İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ təşkilati işlərlə bağlı olmuşdur. YAP İdarə Heyətinin qərarı ilə YAP İcra Katibliyinin ştat cədvəlində müəyyən dəyişikliklər edilib.

Tarix
2016.01.28 / 18:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla