Yuxarı

Azərbaycan 14-cü dəfə EMİTT-də

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

28-31 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2016" beynəlxalq turizm sərgisində Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi təmsil edir.

Axar.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, bu məqsədlə Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov və Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyevin iştirakı ilə nümayəndə heyəti səfərdədir. Ölkəmizi nazirliklə yanaşı, "Green Apple", "The Tour", "Gilan Tourism", "Millennium Tourism", "RVS Travel", "Victory Tour", "Atlas Travel" turizm şirkətləri, "Jumeirah Bilgah Beach Hotel", "Rigs Hotel" mehmanxanaları və Azərbaycan Hava Yolları QSC təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 77 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları təmin olunub.

2003-cü ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on dördüncü dəfədir ki, "EMİTT" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 71 ölkədən 4500-ə yaxın şirkət təmsil olunur.

Bundan başqa, sərgi çərçivəsində yanvarın 29-da Türkiyə Səyahət Agentlikləri Birliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin turizm sənayesinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş (B2B) və ölkəmizin turizm potensialının təqdimatı keçiriləcək.

Tarix
2016.01.28 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla