Yuxarı

DSMF-yə ən çox hansı ölkələrdən müraciət olub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 5072 müraciət daxil olub və onların arasında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib.

DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən məlumata görə, 2015-ci il il ərzində Fonda MDB ölkələrindən 3744 müraciət göndərilib ki, bu da əvvəlki illə müqayisədə 11,49 faiz çoxdur.

Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanıb təsdiq olunmasından, konkret hallar üçün ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Türkiyə Cumhuriyyəti gəlir və qardaş ölkədən Fonda 380 müraciət ünvanlanıb. Bu müraciətlər əsasən Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məsələlərini əhatə edir.

Dövlət Sosial Müdafiə Fonduna daxil olan digər 948 müraciət isə ayrı-ayrı xarici ölkələrdən və vətəndaşlardan daxil olmuş müraciətlərdir.

Tarix
2016.01.29 / 11:22
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla