Yuxarı

“Naz Lifan”ın yeni modelləri hazırlanır - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin məmurlara tövsiyə etdiyi "Naz Lifan" markalı avtomobillərin yeni modelinin istehsalına başlanır.

Axar.az-ın xəbərinə görə, "NAZ-Lifan X-50" və "NAZ-Lifan-820" modelləri yaxın vaxtlarda alıcılara təqdim ediləcək.

Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir.

Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətdə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək.

Hazırda muxtar respublikada, Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Qubada "NAZ-Lifan" markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyətdədir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.

İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. İlk vaxtlar müəssisədə "NAZ-Lifan" markası ilə istehsal edilən avtomobillər baqaj hissəsi salonda olan "320" (xetçbek) və baqaj bölməsi salondan kənarda yerləşən "620" (sedan) modellərindən ibarət olub.

Mühərrik və sürət qutusuna 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır. Xatırladaq ki, dövlət başçısı məmurlara yerli istehsal olan maşınlardan istifadəni tövsiyə edib.

Tarix
2016.01.29 / 11:29
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla