Yuxarı

KİV: Türkiyə və Rusiya müharibə astanasında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya Suriyada birbaşa qarşıdurmaya girə bilər.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin "Tayms" qəzeti yazıb.

Qəzet iki ölkənin Suriya sərhədində hərbi varlığını gücləndirdiyini qeyd edib:

"Türkiyə İŞİD-in nəzarətindəki Cerablusla (Suriya – red.) sərhədini minalardan təmizləməyə başlayıb. Bu, Ankaranın quru əməliyyatlarına hazırlaşdığını göstərir. Kreml isə YPG ilə yaxınlaşmağa başlayıb. Rusiya ötən həftə Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərində aviabaza tikmək üçün 200 əsgər göndərib. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenlə görüşü zamanı Rusiyanın buradakı hərbi varlığına qarşı səbrli davranmayacaqlarını bildirib. Şərq və Qərbdəki torpaqlarını birləşdirməyə və Türkiyənin Suriya sərhədlərinə nəzarət etməyə çalışan YPG Cerablusu ilk dəfə ötən ilin yazında hədəfinə çevirmişdi. Hazırda Rusiya belə bir bölgə yaratmaq üçün kürdlərə aktiv dəstək verir. Cerablus Rusiyanın Türkiyəyə təzyiq etməsi üçün mükəmməl şansdır. Bu strategiya Ankarada həyəcana səbəb olub. YPG PKK-nın bir qoludur. Ərdoğan dəfələrlə YPG-nin Cerablusa girməsi ilə Türkiyənin qırmızı xəttini aşacağını söyləyib. Kürdlərin Cerablusa fokuslanması ABŞ-ı da narahat edir. Çünki ABŞ YPG-dən İŞİD-ə qarşı quru əməliyyatlarında istifadə etməyi planlaşdırırdı. YPG-nin ötən ay Cerablus cəbhəsində itkiləri İŞİD-in paytaxtı Rakkaya nisbətdə artıb. Bu, kürdlərin maraqlarını Cerablusa yönləndirdiyini göstərir".

Qeyd edək ki, YPG-nin lideri Saleh Müslüm "Tayms" qəzetinə Cerablusa girməyə hazır olduqlarını açıqlayıb.

Tarix
2016.01.29 / 15:32
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla