Yuxarı

50 şirkət “Təmiz Şəhər”ə müraciət edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universitetində "Ekoloji Sənaye Parkları" mövzusunda dəyirmi masa keçirilib.

Axar.az-ın əməkdaşı xəbər verir ki, tədbir Xəzər- Enerji və Ətraf Mühit Mərkəzi tərəfindən təşkil olunub.

Təmiz Şəhər ASC-nin sektor müdiri Faiq Məmmədov sənaye parklarının funksiyası, İqtisadiyyat Nazirliyinin bu istiqamətdə dəstəyi haqda danışıb.

Onun sözlərinə görə, təkrar emalla məşğul olmaq istəyən şirkətlər üçün dövlət vəsaiti hesabına bütün xarici infrastrukturu qurulur. Onlar 7 il müddətinə bir sıra vergilərdən azad olunurlar. Həmçinin, dövlət bu müəssisələr üçün güzəştli kreditlər təklif edir.

Sektor müdiri deyib ki, Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün 50-ə yaxın şirkət "Təmiz Şəhər"ə müraciət edib. Onlardan rentabelliliyi və dayanıqlılığı ilə seçilən 4 şirkət qeydiyyatdan keçib.

Həmin şirkətlər işlənmiş mühərrik yağlarının emalı və baza yağlarının istehsalının təşkil edilməsi, plastik butulkaların təkrar emalı, təkərlərin soyuq üsulla bərpa olunması, çap-poliqrafiya məhsulları istehsalı ilə məşğul olacaqlar.

Həmçinin kvars qumunun hasilatı və zənginləşdirilməsi ilə məşğul olmaq niyyətində olan şirkətlə danışıqlar aparılır. "Təmiz Şəhər" nümayəndəsinin verdiyi məlumatlar universitetin əməkdaşlarının və tələbələrin marağına səbəb olub

Tarix
2016.01.29 / 18:19
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla