Yuxarı

Aydın Əliyev kollegiya iclası keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) geniş kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda çıxış edən kollegiyanın sədri, DGK-nin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan gömrük orqanlarının yaradılmasının 24 illiyi münasibətilə bütün gömrük əməkdaşlarını təbrik edib, onlara cansağlığı və işlərində daim uğurlar arzulayıb.

A. Əliyev qeyd edib ki, bu, həqiqətən də Azərbaycan üçün əlamətdar hadisədir:

"Azərbaycan Respublikasının iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidməti önəmli mövqeyə malikdir. Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılıb. Lakin o zaman ölkədə gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. 1993-cü ildə yenidən respublika rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin vaxtdan etibarən respublikanın ictimai-siyasi həyatında müsbət dəyişikliklər baş verdi, siyasi və iqtisadi sahələrdə ardıcıl şəkildə islahatlar aparıldı, bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı".

O deyib ki, DGK Azərbaycanın dövlət müstəqilliyinin əsas atributlarından biridir:

"Azərbaycanın müasir gömrük sistemini müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yaratmışdır. "Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir" - deyən Heydər Əliyev gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir və bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Azərbaycanın gömrük sistemi məhz ümummilli liderimiz tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və inkişaf edərək çoxfunksiyalı kompleksə çevrilmişdir".

A. Əliyev rəhbərlik etdiyi qurumun ötən il ərzində fəaliyyətinə toxunaraq bildirib ki, Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib.

"İl ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,91 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoz 100,12 faiz yerinə yetirilmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,1 milyon manat və ya 5,4 faiz çoxdur", - qurum rəhbəri vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, ötən il ərzində gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9 206 hüquqpozma faktı aşkar edilib.

A. Əliyev bildirib ki, qarşıdan gələn ildə əlverişli biznes mühitinin formalaşdırılması gömrük orqanları qarşısında duran əsas prioritetlərdən biridir.

"Məlumdur ki, dünyada baş verən iqtisadi böhran neftin qiymətinin kəskin enməsi, bir sıra ölkələrin milli valyutalarının dollar qarşısında dəyərdən düşməsi ilə nəticələnib. Bu da, öz növbəsində, istehsalın və ticarət dövriyyəsinin həcminin azalmasına, eləcə də iqtisadi baxımdan geriləmələrə yol açıb. Beynəlxalq böhran, xüsusilə, son bir ildə bəzi ölkələrin iqtisadiyyatındakı tənəzzül amillərini daha da artırıb. Neftin dəyərinin kəskin aşağı düşməsi, manatın dollara nisbətdə dəyərində aparılan tənzimləmələr Azərbaycan iqtisadiyyatında da müəyyən problemlər yaratmaya bilməzdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət, iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan düşünülmüş addımlar böhranın ölkəmizə təsirini minimuma endirdi. Belə ki, qeyri-neft sektorunun - ağır və yüngül sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafı məqsədilə böhrandan əvvəl görülən işlər ölkəmizi dünya iqtisadiyyatında baş verən təlatümlərdən maksimum həddə qoruya bildi. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan gömrük orqanları da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir", - komitə sədri bildirib.

DGK rəsmilərinin iş adamları ilə keçirilən ənənəvi görüşlərə diqqət yetirən A. Əliyev bildirib ki, bu cür tədbirlər faydalıdır və gələcəkdə də onların təşkili nəzərdə tutulub.

Bununla yanaşı, komitə sədri yaxın perspektivdə yeni elektron gömrük xidmətlərinin istifadəyə verilməsinin zəruriliyini qeyd edib.

Qeyd edək ki, kollegiya iclasında öncə Dövlət Gömrük Komitəsinin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tarix
2016.01.30 / 13:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla