Yuxarı

Novruz Məmmədov: "Onlar missiyanı yerinə yetirmirlər"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında müzakirə olunan qətnamələrə ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi düzgün deyil.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

Son vaxtlar xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri özlərinin monopoliyasına almaq istədiklərini vurğulayan N.Məmmədov deyib: "Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini bildirib. Biz Minsk qrupundan münaqişənin həlli istiqamətində ciddi addımların atılmasını gözləyirik. Əsas məsələ budur. Münaqişənin həlli ilə bağlı heç bir addım atmayan Minsk qrupu başqa qurumlara, təşkilatlara mane olmamalıdır. Halbuki onların əsas vəzifəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etməkdir. Başqa işlərlə məşğul olmaq lazım deyil".

"Münaqişənin həlli ilə bağlı bu günədək müxtəlif prinsiplər - Praqa prinsipi, indi Madrid prinsipi, ondan əvvəl digər yanaşmalar olub. Ancaq təəssüflər ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və həmsədrlərin passivliyi səbəbindən münaqişə həll olunmayıb. Burada əsas məsuliyyət həmsədrlərin üzərinə düşür. Minsk qrupunun həmsədrləri vasitəçilik rolunu nəinki yüksək, heç normal səviyyədə də yerinə yetirə bilmirlər. Atdıqları müəyyən addımlar isə müxtəlif yerlərdə müxtəlif fikirlər doğurur", - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.

Tarix
2016.01.30 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla