Ana səhifə Planet |
Türkiyənin Düzcə bölgəsində başı kəsilən üç azərbaycanlı Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayon sakinləridir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə,
iki bacı - 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovalar, həmçinin
onlardan birinin 19 yaşlı nəvəsi Sahib Şərifovun cəsədləri yaxın
günlərdə Marneuliyə gətiriləcək.
Hazırda öldürülən şəxslər haqqında Marneulidə də müxtəlif
versiyalar dolaşmaqdadır. Sahib Şərifovun atasının məlumatına görə,
onun oğlu Türkiyədə kababçı işləyib. O, hadisə haqqında məlumatlı
olmadığını bildirib: "Marneulidə müxtəlif versiyalar yayılıb.
Onların təbii qazdan zəhərləndikləri və onların öldürüldüyü barədə
xəbərlər var".
Məlumata görə, ölən Marneuli sakinləri hazırda ekspertizadan
keçirilir və daha sonra meyitlər Marneuliyə göndəriləcək.
Xəbər verildiyi kimi, Türkiyənin Düzcə bölgəsində Gürcüstan
vətəndaşı olan üç azərbaycanlı evdə boğazı kəsilmiş vəziyyətdə
tapılıb.
"Haber Gazete"nin məlumatına görə, hadisə yerinə gələn polis
cinayətin 2-3 gün əvvəl baş verdiyini təsbit edib.
Meyitləri evə gələn 56 yaşlı Emma Şərifovanın keçmiş həyat yoldaşı
Sərvət Öztürk aşkar edib və polisə zəng vurub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Tarix
2016.01.30 / 22:55
|
Müəllif
Axar.az
|