Yuxarı

Səməd Seyidov vəzifədən uzaqlaşmasına reaksiya verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunmağımla bağlı məlumatlar tamamilə yalandır.

Report xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur:

"Səhhətimdə yaranan problemlərə görə AŞPA-nın qış sessiyasına gedə bilmədim. Orada məni nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov əvəz edib".

S.Seyidov bildirib ki, nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmasıyla bağlı mətbuatda yazılanlar onu çox təəccübləndirib:

"Məni çox məşhurlaşdırdılar. Çünki Avropadan, Rusiyadan, eləcə də başqa ölkələrdən mənə arası kəsilməyən zənglər gəlirdi. Konkret cavabım ondan ibarətdir ki, bu məlumatlar tamamilə yanlışdır. Nümayəndə heyətinin tərkibi təsdiq olunaraq parlament tərəfindən AŞPA-ya göndərilib. Hazırda nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm. Düzdür, AŞPA-nın yanvar sessiyasında iştirak etməmişəm. Bu da səhhətimdə yaranan problemlərlə əlaqədardır. Lakin mətbuatda yazıldığı kimi kənarlaşdırılma, hansısa məktubda nələrisə yazmamağım, Ermənistanın məktubdan istifadə etməsi və digər məlumatların hamısı həqiqətə uyğun deyil".

Xatırladaq ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa da Axar.az-a açıqlamasında bu barədə xəbərləri təkzib etmişdi.

Tarix
2016.02.01 / 11:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla