Yuxarı

DSMF rəhbəri BVF missiyası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunda Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan missiyası ilə görüş keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən məlumata görə, Cənab Mohammed El Qorçinin rəhbərlik etdiyi missiya ilə Azərbaycanda pensiya islahatları və sığorta-pensiya sisteminin perspektiv inkişaf hədəfləri müzakirə olunub. Görüşdə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.

Elman Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, Azərbaycanda yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyası prioritet kimi təyin olunub, ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan gəlirlərin artımı pensiya sisteminin maliyyə dayanıqlığını əhəmiyyətli şəkildə yüksəldilib. İqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına 2003-2015-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artıb. Bu artımların, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2015-ci ildə 5,1 faizə çatıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri Mohammed El Qorçi Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək, ölkəmizdə bütün sosial proqramların uğurla icra olunmasından məmnunluğunu bildirib. Təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayan qonaq birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.

Görüşdə həmçinin missiyanın sualları cavablandırılıb, BVF ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Tarix
2016.02.01 / 18:30
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla