Yuxarı

Rusiya türk məktəbini bombaladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərində yerləşən məktəbimiz Rusiya təyyarələri tərəfindən bombalandı. Lakin bu hücumlar məktəbimizin fəaliyyətini dayandırmayacaq. Əksinə, azad Suriya uğrunda daha qətiyyətlə mübarizə aparacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Suriyadakı Yardımlaşma və Həmrəylik Dərnəyinin sədri Mustafa Çaylı deyib.

O bildirib ki, məktəbə hücumlar həftə sonuna təsadüf etdiyindən hər hansı ölüm faktı qeydə alınmayıb:

"Hələb şəhərinin Keferqan bölgəsində yerləşən məktəbə ciddi ziyan dəyib. Rusiya İŞİD-ə qarşı mübarizə bəhanəsiylə Suriyadakı türkmanları, o cümlədən mülki əhalini bombalayır. Bu hücumlar suriyalıların gələcəyini məhv etməyəcək. Bizə qarşı aparılan ədalətsiz mübarizə dərnəyimizin fəaliyyətinə əngəl yarada bilməyəcək. Əksinə, bundan sonra daha qətiyyətlə fəaliyyətimizə davam edəcəyik".

Qeyd edək ki, Türkiyə hökuməti suriyalı uşaqların təhsil alması üçün bu ölkədə bir sıra dərnəklər yaradıb.

Tarix
2016.02.01 / 22:50
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla