Yuxarı

Azərbaycan bu sahədə ön sırada – Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Pensilvaniya Universitetinin dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı hazırladığı beynəlxalq hesabat dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı mənzil qərargahında təqdim edilib.

Axar.az xəbər verir ki, hesabatın təqdimatı dünyanın 100-dən artıq ölkəsində təşkil edilib, eyni zamanda, beynəlxalq maliyyə qurumlarında və Dünya Bankında təqdimatı da həyata keçirilib.

Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib və nəticələr 1500 ekspert tərəfindən qiymətləndirilib.

Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilərək, hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib.

Vüqar Bayramov bildirib ki, rəhbərlik etdiyi təşkilat artıq 7 ildir Cənubi Qafqaz və Orta Asiya regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayır:

"Belə nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb. Təbii ki, regionda birinci olmaq CESD üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı, ciddi məsuliyyət də formalaşdırır. Bu ildə regional mövqeylə yanaşı, qlobal arenadakı mövqeyimizi də qoruyub saxlamağa çalışacayıq".

Qeyd edək ki, aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin mayında Yaponiyanın paytaxtı Tokio şəhərində təşkil olunacaq. CESD Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.

Tarix
2016.02.02 / 11:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla