Yuxarı

Deputat zərərçəkənlərin müdafiəsinə qoşuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun dələduzluq əməllərinin üstü 2008-ci ilin avqustunda açılıb. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilən Zal Yusifovun 81 nəfərin ümumilikdə 38 milyon manata qədər pulunu mənimsədiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, istintaq dövründə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün Zal Yusifovun obyekt və mülklərinin üzərinə həbs qoyulub. Bu obyektlərdən biri də "Humay" şadlıq sarayıdır. Həmin şadlıq sarayının hərrac yolu ilə satılması üçün üzərinə həbs qoyulub.

Amma bu cinayət işinin açılmasında uzun müddət keçməsinə baxmayaraq, Zal Yusifovun atası Zakir Yusifov şadlıq sarayının satılmasına dolayı maneələr yaradır. O, məhkəməyə müraciətlə iddia edir ki, guya həmin şadlıq sarayı oğluna yox, onun özünə məxsusdur.

Məhkəmə Zakir Yusifovun iddialarına qarşı fakt qoyur ki, həmin obyekt Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına alınıb. Bununla bağlı artıq dəfələrlə məhkəmə araşdırmaları aparılıb. Ancaq Zakir Yusifov dinc dayanmır, məqsədi həmin obyekt və mülkləri özünüküləşdirməkdir.

Artıq bununla bağlı Bakı Apelyasiya Məhkəməsində araşdırma başlayıb.

Cinayət əməlindən zərər çəkmiş bir qrup şəxsin vəkili Aqil Layıcov bildirib ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə fevralın 1-nə təyin edilmiş məhkəmə prosesi baş tutmayıb. Onun sözlərinə görə, obyekt və mülklərlə bağlı müvafiq qurumlara göndərilən sorğuya hələ də cavab verilməyib. Buna görə də məhkəmə prosesi fevralın 8-dək təxirə salınıb.

Deputat Elmira Axundova Milli Məclisin iclasında çıxışı zamanı "Texnikabank"ın sabiq rəhbərinin dələduzluğu nəticəsində əmanətləri batmış şəxslərin hüquqlarının bərpasının vacibliyini vurğulayıb. Millət vəkili "Texnikabank"ın öz müştərilərini aldatdığını, əmanətlərini qaytarmadığını vurğulayıb: "Prezident İlham Əliyev son müşavirə zamanı iqtisadi blokla bağlı ciddi tapşırıqlar verdi. Ölkə başçısı bəyan etdi ki, sosial durum əsas diqqətdə olacaq. Əhali prezidentin bu çıxışını müsbət qarşılayıb. Fikrimcə, bəzi məsələlərə yenidən baxılmalıdır. Bank sisteminə yaradılan inamsızlıq aradan qaldırılmalıdır.

Ajiotaja görə bütün məsuliyyəti əhalinin üzərinə atmaq olmaz. Əhali banklara inanırdı. Bəzən evini satıb banka qoyurdu ki, əlavə gəlir əldə etsin. "Texnikabank"da xoşagəlməz proseslər baş verdi. Hətta bu proseslər həbslərin aparılması ilə nəticələndi. Sıravi insanlar bundan ziyan çəkməməlidir. "Texnikabank"da əhalinin əmanətlərini hələ də qaytarmayıblar. Üstəlik, pulun dəyəri əvvəlki illərlə müqayisədə düşüb. Zərərçəkənlərin pulları qaytarılmalıdır".

Milli Məclisin deputatı Çingiz Qənizadə isə bildirib ki, bir neçə millət vəkilinin adından "Texnikabank"ın Bakı filialının sabiq rəhbərinin günahı ucbatından küllü miqdarda maddi ziyana düşən zərərçəkmişlərin hüquqlarının bərpası istiqamətində məhkəməyə məktub ünvanlanacaq: "Biz "Texnikabank" işi ilə tanışıq, zərərçəkmişlər bir neçə millət vəkilinə bu məsələnin yüksək instansiyalarda qaldırılması ilə bağlı müraciət ediblər. Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edəcəyik ki, zərərçəkənlərə dəyən ziyanın ödənilməsi istiqamətində ədalətli qərar qəbul olunsun".

Parlamentin gənc deputatı Elşən Musayev də həmkarının çağırışına müsbət reaksiya verib. O bildirib ki, Elmira Axundova, Çingiz Qənizadə kimi bu məsələni yüksək instansiyalarda qaldıra bilər: "Həm Elmira xanım, həm də Çingiz müəllim çıxış və mövqelərində ədalət carçısı rolunu oynayan deputatlarımızdandır. Çingiz Qənizadə hüquq-mühafizə orqanlarında işləyib və bu kimi problemlərə çox həssas yanaşır. Tək deputatlar yox, ədalətin tərəfində olan insanlar "Texnikabank" olayı ilə bağlı mövqelərini bildirməlidirlər. Çünki söhbət 100-ə yaxın insanın taleyindən gedir.

Bu məsələni daha təfsilatlı araşdırıb müvafiq qurumlara sorğular göndərməklə, 81 vətəndaşımızın haqqının qorunması yolunda fəaliyyət göstərəcəm. Şəxsi təşəbbüsümlə yüksək instansiyalara müraciətlər ünvanlayacam".

Deputat bank sektorunda problemlərin, bununla bağlı şikayətçilərin çox olduğunu dilə gətirib: "Mən "Texnikabank"la bağlı məsələdə məlumatlıyam. Həbsə düşən və ya həbs ehtimalı olan insanlar tez bir zamanda əllərində olan mülkləri ailə üzvlərinin adına keçirirlər ki, məhkəmə icraatına yönəlməsin. Mülklərlə əlaqədar məhkəmə hökmünün icraya yönəldilməsi ilə bağlı qərarı varsa, bu, yerinə yetirilməlidir. Bu problemin həllində ictimai qınaq mühüm rol oynaya bilər. Məhkəmə mülklərin kimin adına olduğunu, hansı məqamda addan ada keçirildiyini müəyyən etmək iqtidarındadır. Az məvacib alan insan hansı pulla milyonlarla dəyəri olan mülkə sahib ola bilər? Bunu ictimai müzakirəyə çıxarmaq olar.

Cənab Prezidentin müşavirədə səsləndirdiyi fikir elə dediyimiz məsələ ilə bağlıdır. İctimai nəzarət institutları aktiv olmalıdır ki, qanun pozuntularının qarşısı alınsın. Hətta ölkə başçısının xidməti maşınlarla bağlı dediyi fikirlər də xalqa yaxınlığa çağırışdır. Yəni, ölkə başçısı məmurlara əmlakla da xalqa yaxın olmağı tövsiyə edib. Vətəndaşın pulu mənimsənilibsə və bunun müqabilində dəbdəbə yüksəldilibsə, bu, qanunsuzluq, ədalətsizlikdir.

Zal Yusifovun atası xüsusi bizneslə məşğul olmayıbsa, milyonlar qazanmayıbsa, ortalıqda təmiz pul yoxdursa, bu, böyük ehtimalla, elə sabiq bank rəhbəri tərəfindən verilmiş mülkdür.

Bizim məqsədimiz o deyil ki, kimin nəyi olduğunu öyrənək. Məqsədimiz ictimai qınaqla insanların hüquqlarının bərpa olunmasıdır. Hüquq-mühafizə orqanları bütün formatları nəzərdə keçirməli, ictimai-siyasi cameədə olan adamlar bu problemi gündəlikdə saxlamalıdırlar. Media orqanı kimi bu məsələlərə toxunduğunuz üçün təşəkkür edirik. Problemi ictimailəşdirməklə vətəndaşlara yardım edə bilərik. Məhkəmələr bizim gözlədiyimiz ədalətli qərarı verəcəyinə ümidliyik".

O, həmçinin gəlirlərin bəyannaməsinin vacibliyini qeyd edib. Deputat hesab edir ki, şəffaflığın ən birinci göstəricisi gəlirlərin açıq-aydın göstərilməsidir: "Düzdür, dünyanın hər yerində gəlirləri gizlətmək kimi neqativ hallar mövcuddur. Lakin sahibkardan tutmuş maliyyəçiyə qədər hər kəs gəlir bəyannaməsi verməlidir. Bu, həmin insanların özünə də xeyir olar. Zakir Yusifovun gəlirlər haqda bəyannaməsi əsasında onun milyonluq villanı necə əldə etməsinə aydınlıq gətirilə bilərdi. Sənəd ortaya qoyulardı ki, bu villa hansı maliyyə ilə alınıb?"

Elşən Musayevin fikrincə, millət vəkili və ya ciddi statusun sahibinin sorğusu ilə arxivdə mülkün əsas sahibi və hansı pulla əldə olunduğu müəyyənləşdirilə bilər: "Vergi orqanlarına müraciət edib araşdırmaq olar ki, mülk insanlardan qanunsuz yolla əldə edilmiş pul hesabına tikilib. Sadəcə sorğunun hansı formada verilməsinin motivi tapılmalıdır. Çünki sorğunun niyə göndərildiyi əsaslandırılmalıdr. Deputatlarla birgə 100-ə yaxın insanın müdafiəsi mövqeyindən çıxış edəriksə, bu məsələ əsaslandırılsa, rəsmi məktubla aidiyyəti qurumlara müraciət etmək olar".

Tarix
2016.02.02 / 11:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla