Yuxarı

“Baksell”dən abunəçilərinə xoş sürpriz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Baksell" şirkəti növbəti "İkiqat Balans" kampaniyasına start verir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, 2 fevral 2016-cı il tarixindən etibarən başlayan bu kampaniya çərçivəsində bütün CIN abunəçiləri nömrələrinin balansını ikiqat artırmaq imkanı əldə edəcəklər. İkiqat bonusu əldə etmək üçün abunəçi *525#YES kodunu yığmalıdır.

Bonus təklifi hər bir abunəçinin fərdi sərfiyyatına uyğun olaraq təqdim edilir və nömrənin balansının müəyyən hissəsini ikiqat artırmağa imkan verir. Bu təklifdən faydalanmaq istəyən abunəçilər *525#YES kodunu yığmaqla balansın hansı hissəsinin ikiqat artırılma imkanına malik olduğunu öyrəndikdən sonra asanlıqla bu bonusu ala bilərlər.

"Bu Bakcell abunəçiləri üçün aylıq xərclərin optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə etmələri üçün fantastik həlldir", - şirkətin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də, SMS və MMS yollanılması üçün istifadə edilə bilər.

*100#YES kodunu yığmaqla abunəçi bonus balansını yoxlaya bilər. Alınan ikiqat məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə oluna bilər. Bu kampaniya çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək mümkündür.

Tarix
2016.02.02 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla