Yuxarı

Qlobal fövqəladə vəziyyət elan edildi - Virus

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Səhiyyə Təşkilatı (WHO/DST) zika virusuna görə qlobal fövqəladə vəziyyət elan edib.

Axar.az xəbər verir ki, bu virus hamilə qadınlara yoluxanda beyni inkişafdan qalmış və başları normadan balaca uşağın doğulmasına səbəb olur.

DST zika virusunun minlərlə insanın ölümünə səbəb olan Ebola epidemiyası ilə eyni səviyyədə təhlükəli olduğunu qeyd edib. Fövqəladə vəziyyət elanı tibbi yardım və peyvənd araşdırmalarının sürətləndirilməsini təmin edəcək.

DST rəhbəri Marqaret Çan xüsusilə Amerika qitəsində yayılan zika virusu haqda bunları deyib: "Latın Amerikasında müşahidə olunan virus beynəlxalq problem yarada biləcək səviyyədə təhlükəlidir. İlk növbədə hamilə qadınlarla uşaqları qorumağa çalışacağıq. Virusu yayan ağcaqanadlara qarşı da mübarizə tədbirləri görülür".

Xatırladaq ki, keçən həftə də konfrans keçirilərək zika virusunun həddindən artıq sürətlə yayıldığı, 2016-cı ildə 3-4 milyon nəfərə yoluxacağı bildirilib.

İndiyə qədər 20 ölkədə zika virusuna yoluxanlar müəyyən edilib. Oktyabrdan bu yana təkcə Braziliyada 4 minə yaxın uşaq inkişafdan qalmış beyinlə və normadan balaca başla (mikrosefaliya) doğulub.

Tarix
2016.02.02 / 17:54
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla