Yuxarı

9 yaşlı qızın romanı satışda

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mütərcim" nəşriyyatında BSU-nun tələbələri Turan Əzimli və Vəfa Vəliyevanın tərcüməsində 9 yaşlı polyak Suzanna Kavanın "Anya Vud axtarışda" adlı kitabı çap olunub.

Axar.az xəbər verir ki, hələ mürəkkəb süjetli detektiv ədəbiyyat oxumağa hazır olmayan uşaqlar üçün nəzərdə tutulan bu kitabın azyaşlı məktəblilərin təxəyyülünün inkişafına zəmin yaradacağı şübhəsizdir.

Əsərin balaca qəhrəmanı 9 yaşlı Anya Vud özünü xəfiyyə təsəvvür edərək məşhur cinayətkarları bir-bir ifşa edib, ələ keçirir. Bu kitabın qiyməti ondadır ki, oxucular hələ balacalıqdan sağlam cəmiyyət yaratmaq naminə öz bilik və bacarıqlarını təqdim etməyə hazırlanır, nadir peşələrdən biri olan dedektiv sənətinə maraq yaradır. Həmçinin kitabın dili uşaq şüuruna uyğun olduğu üçün oxucular özlərini hadisələrin içində hesab edirlər.

Qeyd edək ki, Suzanna Kava Təhsil Assosiasiyası İctimai məktəbinin 2-ci sinif şagirdi, "Gündəlik düzgün polyak dili" IX Ümumpolyak dili müsabiqəsinin laureatıdır. Tələbələrin tərcümə sahəsindəki ilk fəaliyyətləri olan "Anya Vud axtarışda" kitabı yaxın günlərdə oxuculara təqdim olunacaq.

Tarix
2016.02.02 / 18:12
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla