Yuxarı

Bosniyada Azərbaycanla bağlı xüsusi toplantı keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sarayevoda lV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçin dəstəyi ilə "Dinlərarası dialoq və ekstremizmə cavab" mövzusunda xüsusi toplantı keçirilib.

Axar.az Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki , toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Norveçin sabiq Baş naziri, Oslo Sülh İnstitutunun direktoru Maqne Bondevik, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, o cümlədən xarici təşkilatların və səfirliklərin nümayəndələri iştirak ediblər.

Tədbirin moderatoru, Bosniya və Herseqovinanın sabiq Baş naziri Z.Laqumdziya çıxışında bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Madrid Klubu və Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər İnstitutu ilə birgə uzun bir yol qət edib: "Bu proses 2013-cü ildə Bakıda başlayıb və Madriddə, Romada, İsgəndəriyyədə, Andorrada bununla əlaqəli konfranslar keçirilib. Növbəti Forum isə mart ayında Bakıda keçiriləcək".

Toplantıda İsgəndəriyyə Kitabxanasının direktoru İ.Səragəldin, Oslo Sülh İnstitutunun direktoru M.Bondevik də çıxış edib.

Qeyd edək ki, toplantı martın 10-11-də keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyırdı.

Tarix
2016.02.02 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla