Yuxarı

İlham Əliyev Nikos Kotziasla görüşdü - Foto/Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtarı qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, xanım Şamşad Axtarın ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı regional əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulandı, dünyada mövcud olan maliyyə böhranı şəraitində iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətindən danışıldı, Azərbaycanda bu istiqamətdə işlərin uğurla həyata keçirildiyi bildirildi.

Görüşdə, eyni zamanda, Azərbaycan-BMT əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

21:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Yunanıstanın Xarici İşlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi. Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfər zamanı əməkdaşlığımızın bir çox sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirdi. Yunanıstanın iki Prezidentinin Azərbaycana rəsmi səfərə gəldiklərini, özünün isə iki dəfə Yunanıstanda rəsmi səfərdə olduğunu xatırlayan Prezident İlham Əliyev bunu əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.

Ölkələrimizin qədim tarixə və özünəməxsus mədəniyyətə malik olduqlarını qeyd edən Yunanıstanın xarici işlər naziri Nikos Kotzias xalqlarımızın bir çox ümumi dəyərlərə sahib olduğunu və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün bu potensialdan səmərəli surətdə istifadə etməyin vacibliyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2016.02.02 / 21:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla