Yuxarı

"Nə vaxta qədər belə davam edə bilər?"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu siyasət artıq 10 ildir Azərbaycanda davam edir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Azərbaycanın postneft dövrünə qədəm qoyduğunu və ötən illərdə neftdən gələn gəlirlərin ölkənin qeyri-neft sektorunun inkişafına, "qara qızıl"ın insan kapitalına yönəldildiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib ki, bu siyasət artıq 10 ildir Azərbaycanda davam edir. Neftdən gələn gəlirlər hesabına Azərbaycan gənclərinin böyük bir hissəsi xaricdə təhsil alıb Vətənə qayıdır. Ölkə iqtisadiyyatının, idarəetmənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Ötən 10 ildə Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilib. Məsələn, biz qardaş Türkiyə iqtisadiyyatına kapital qoyuluşunu 20 milyard dollara çatdırmağı nəzərdə tuturuq. İndi Azərbaycanın qardaş Türkiyədə Petkim kimi müasir kimya kompleksi fəaliyyət göstərir. Bu müəssisədə Türkiyənin kimya sənayesi məhsulunun təqribən 75 faizi istehsal olunacaq. Azərbaycan bu yatırımdan neftdən gələn gəlirlərin 1/4-i qədər gəlir əldə edəcək. Azərbaycan Dövlət Neft Şirkəti bu gün dünyada əsas brendlərdən birinə çevrilməkdədir. Şirkət müxtəlif ölkələrdə yanacaqdoldurma stansiyaları və neftayırma müəssisələri yaradır. Bütün bunlar Azərbaycan büdcəsinə gəlirlər gətirəcək.

Azərbaycanın həm də böyük nəqliyyat-tranzit imkanlarına malik olduğunu diqqətə çatdıran Əli Həsənov bildirib ki, nəqliyyat layihələri postneft dövrü üçün nəzərdə tutulan və çox böyük uğurla reallaşdırılan transmilli layihələrdir. Azərbaycan enerji ixracı sayəsində ayrı-ayrı regionları birləşdirəcək potensiala malikdir. Ölkəmizin şaxələndirilmiş ixrac imkanları buna tam imkan verir. Azərbaycanın nəqliyyat dəhlizlərinin yaradılması ölkəyə çox böyük perspektivlər vəd edir.

Bütün bunların dövlətimizin uğurlu iqtisadi siyasətinin bəhrələri olduğunu vurğulayan Əli Həsənov qeyd edib ki, indi qarşıda duran başlıca vəzifə daxili resursları işə salmaqdır. Quba kimi işgüzar əhalisi, münbit torpağı, müasir infrastrukturu, abad yolları olan, dənizə yaxın məsafədə yerləşən bir rayon nə üçün dövlətin dotasiyası hesabına yaşamalıdır? Xaçmaz kimi böyük bir rayon nə vaxta qədər dövlətdən dotasiya almalıdır? Söhbət təkcə Quba, Xaçmazdan getmir. İndi mən bu bölgədə olduğum üçün bu rayonların adlarını çəkirəm. Bu gün Azərbaycan rayonlarının faktiki olaraq 90 faizi dövlətin dotasiyası hesabına yaşayır. Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər? Buna son qoyulmalıdır. Hər rayonun potensialı nəzərə alınmalıdır. Quba rayonunun ümumi iqtisadi potensialının cəmi 50 faizi işə salınsa, bu rayonda bir dənə də olsun işsiz qalmaz. Rayonda təkcə bağçılıq məhsulları, meyvə-tərəvəz normal tədarük olunsa, yerində istehsala cəlb edilsə, son məhsul xarici bazarlara çıxarılsa, nəinki Quba özünün bütün maliyyə ehtiyaclarını təmin edə bilər, hətta gələcək nəsillər üçün milyonlarla manat vəsait ehtiyatı yarada bilər. Bunun üçün yerli hakimiyyət orqanları ictimaiyyətdən, iş adamlarından gələn təşəbbüsləri dəyərləndirməlidir. Bu təşəbbüslərin hansını yerlərdə icra etmək mümkündürsə, icra olunmalıdır, hansına kənardan dəstək göstərilməlidir, mərkəzə təkliflər verilməlidir.

Tarix
2016.02.02 / 22:42
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla