Yuxarı

“Başqasının arvadını götürüb qaçdığı üçün...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ədəbiyyatında Raskolnikov, Don Kixot, JanValjan, Anna Kareninakimi bitkin roman qəhrəmanları var. Bəs Azərbaycan ədəbiyyatında hansı bitkin roman qəhrəmanlarının adını çəkə bilərsiniz?

Axar.az bu sualla ədəbiyyat adamlarına müraciət edib.

Tənqidçi Əsəd Cahangirin fikrincə, İsa Muğannanın "İdeal" əsərindəki Sultan Əmirli bitkin qəhrəmandır:

"İsa Muğannanın "İdeal"ında Sultan Əmirli obrazını fikirləşirəm. Dərin intellekt, dözüm, ağıl, Yer üzündə həqiqətin təntənəsi naminə fədakarlıq göstərmək, hətta şəxsi həyatını belə bu işə qurban vermək və sair cəhətləri ilə o idealdır. Romanın "İdeal"adlanmasının bir səbəbi də budur. Müəyyən qədər JanValjan obrazına bənzəyir. Amma JanValjandan daha nəhəngdir".

RəbiqəNazimqızı Azərbaycan ədəbiyyatında kifayət qədər bitkin roman qəhrəmanının yaradıldığını düşünür:

"Nizaminin bütün qəhrəmanları, Füzulinin Leylisi, Məcnunu, İsmayıl Şıxlının Cahandar ağası, Rus Əhmədi, Şamxalı, Əşrəfi –"Dəli Kür"dəki qəhrəmanların əksəriyyəti, İsa Muğannanın Səməd, Mədəd Əmirliləri və s. Sonuncular dünya miqyasında tanınmasalar da, biz uşaqlıqda bu qəhrəmanlarla nəfəs almışıq. Düşünürəm ki, kifayət qədər bitkin obrazlar yaradılıb. Ancaq balaca ölkəyik, dil baryeri, tərcümə problemi var deyə, tanınmır".

Şair Aqşin Yenisey bitkin obraz kimi Şamo Arifin "Qınamayın məni" romanındakı Kəlbikəhər obrazının adını çəkib:

"Məncə, ədəbiyyatımızdakı ən bitkin obraz Şamo Arifin "Qınamayın məni" romanındakı Kəlbikəhər obrazıdır. Yerdə qalan obrazlarımızla biz dünya ədəbiyyatında gördüyümüz boşluqları doldurmuşuq. Mənə elə gəlir ki, bizim digər ədəbi qəhrəmanlardan fərqli olaraq, Kəlbikəhər həm də öz psixologiyası olan obrazdır, yəni onun xarakteri təkcə yazıçı təsvirindən ibarət deyil. Siz yəqin ki, obrazın bütövlüyü dedikdə, doğumundan ölümünə qədər olan dövrü nəzərdə tutursunuz. Kəlbikəhər isə xronologiya deyil, taledir".

AlpayAzər "Dəli Kür" romanındakı Cahandar ağa obrazını daha çox bəyənir:

"İlk ağlıma gələn - "Dəli Kür" romanındakı Cahandar ağa obrazıdır. "Çaldıran döyüşü" əsərindəki Şah İsmayıl obrazı da həmçinin. Cahandar iradəli, sərt, prinsiplərə görə yeri gələndə oğlundan imtina etməyi bacaran bir obraz kimi yaxşı işlənilib. Hərçənd başqasının arvadını oğurladığına görə bu obraza münasibətim birmənalı deyil. Amma istənilən halda İsmayıl Şıxlı yaddaqalan obraz yarada bilib".

Tarix
2016.02.03 / 08:00
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla