Yuxarı

"Bu məsələ məmura da, iş adamına da aiddir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, sosial məsuliyyət vəzifəsidir. Sosial məsuliyyət məsələsi məmura da, iş adamına da, adi vətəndaşa da aiddir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdəki çıxışı zamanı bildirib.

"Regional birliklər yaradılmalıdır. Nə vaxta qədər hərə özünün 15-20 sot torpağını çəpərləyib orada yalnız ailənin fərdi ehtiyacları üçün məhsul yetişdirəcəkdir?! İndi artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü başlayıb. İnsan ona daha çox gəlir gətirən məhsulları becərməlidir. Qubada hansı məhsul daha çox gəlir gətirə bilər? Statistikaya nəzər salsaq, görərik ki, 160 mindən artıq əhalisi olan Quba rayonuna son 10 ildə dövlət taxıl tədarükü üçün 10 milyon manatdan çox dotasiya verib. Həmçinin Sahibkarlığa Yardım Milli Fondu tərəfindən, o cümlədən, kənd təsərrüfatının kreditləşdirilməsi çərçivəsində son 10 ildə Qubada fərdi təsərrüfatlara, sahibkarlara - yəni, real sektora 40 milyon manatdan artıq sərmayə yönəldilib. Amma bunun əvəzində normal bir təsərrüfat yaradılmayıb. İstənilən nəticə əldə edilməyib.

Münbit torpaqların böyük bir qismi becərmədən kənarda qalıb, meyvə bağlarının məhsuldarlığı azalıb. Dövriyyəyə cəlb edilməli çoxlu torpaq sahələri var. Ancaq meliorasiya və irriqasiya tədbirlərinə məhəl qoyulmur. Halbuki bu işlərə dövlət milyonlarla manat vəsait xərcləyib. Ən ağrılı məsələlərdən biri də torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsidir", - Əli Həsənov qeyd edib.

Gənclərin məşğulluğu məsələsinə toxunan Əli Həsənov vurğulayıb ki, Azərbaycan Prezidenti müşavirədə qarşıya xüsusi bir vəzifə qoyub. Bu, sosial məsuliyyət vəzifəsidir. Sosial məsuliyyət məsələsi məmura da, iş adamına da, adi vətəndaşa da aiddir:

"Sahibkarlar bu məsələyə daha həssas yanaşmalıdırlar. Onlar çalışıb işçiləri ixtisara salmamalıdırlar. Bu, sosial məsuliyyət məsələsidir. Cənab Prezidentin ortaya qoyduğu sosial məsuliyyət vəzifəsi bu deməkdir. Bu məsələdə hər bir imkandan istifadə olunmalıdır. Digər bir məsələ isə özəlləşdirmə ilə bağlıdır. Vaxtilə özəlləşdirilən, lakin indi işləməyən müəssisələr, yaxud icarəyə götürülüb istifadəsiz qalan torpaqlar var. Bank sektorunun sağlamlaşdırılması da qarşıda duran əsas vəzifələrdəndir. Bax, bu məsələlər barədə ciddi düşünmək lazımdır. Bir sözlə, cənab Prezidentin son müşavirələrdəki çıxışlarında qarşıya qoyduğu vəzifələr təkcə mərkəz üçün deyil, yerlərdə də dönmədən icra olunmalıdır. Yerli hakimiyyət orqanları, iş adamları rayonun xüsusiyyətlərini nəzərə alaraq "yol xəritəsi" tərtib etməlidirlər. Bu vəzifəni də cənab Prezident qarşıya qoyub".

Azərbaycanın son 10 ildə əldə etdiyi uğurları bir daha vurğulayan Əli Həsənov qeyd edib ki, ölkəmizin inkişaf yolu bu gün dünyada nümunə sayıla biləcək, çoxlarının qibtə etdiyi, çoxlarının nümunə kimi istifadə etdiyi bir inkişafdır:

"Amma bundan sonrakı dövrdə, əlbəttə, biz müəyyən qədər yeni resursları işə salmalıyıq və bu sahədə də biz sizə - vətəndaşlara, insanlarımıza güvənirik. Azərbaycan Prezidentinin siyasəti məhz bu hədəflərə istiqamətlənib".

Tarix
2016.02.03 / 09:27
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla