Yuxarı

Ərdoğan: "Rusiya və İranın orada nə işi var?"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya əvvəlcə Suriyada öldürdüyü insanların hesabını verməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyaya müdaxilə edəcəyi ilə bağlı Rusiya rəsmilərinin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Seneqalda səfərdə olan Ərdoğan Rusiyanın bu iddialarını gülünc adlandırıb:

"Rusiya öncə Suriya sərhədləri daxilində öldürdüyü insanların hesabını verməlidir. Əsəd rejimi ilə birgə öldürdükləri insanların sayı 400 minə çatıb. Hazırda Rusiya Suriyanı işğal edir. Rusiya Əsədlə birgə Suriyada kiçik dövlət yaratmaq istəyir. Əsəd Suriya xalqı üçün çoxdan bitib. İŞİD və digər terrorçu qruplar da Suriyanı bölüblər. Türkiyə isə hazırda təhlükədədir. Bizim Suriya ilə 911 kilometrlik sərhədimiz var. İran və Rusiyanın Suriya ilə sərhədi varmı? Bu dövlətlərin orda nə işi var? Dedikləri də budur: "Əsəd bizi dəvət etdi". Hər dəvətə baxılmaz. Çünki orda terror həyata keçirən Əsəd var. O, zalımdır və qatildir. Ona dəstək verən də cinayətin ortağıdır ".

Ərdoğan onu da əlavə edib ki, bu günə qədər Suriya və İraqdan Türkiyəyə 2 milyon 700 min miqrant gəlib.

Tarix
2016.02.05 / 20:22
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla