Yuxarı

ABŞ mediası Heydər Əliyevin qərarından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında çıxan "Deyli Layt" qəzetində ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü Dürdanə Balakişiyevanın "Azərbaycana dəstək" sərlövhəli məqaləsi dərc olunub.

AzərTac xəbər verir ki, məqalədə Azərbaycan ilə ABŞ arasında uğurlu ikitərəfli əməkdaşlıqdan söz açılır.

Müəllif yazır ki, Nyu-Yorkda 2001-ci il 11 sentyabr tarixli terror hücumundan sonra Azərbaycan Prezidenti Heydər Əliyev milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandasının iclasını çağırdı. İclasda terrorizmə qarşı mübarizədə ABŞ-a dərhal tam dəstək göstərmək barədə qərar qəbul edildi. Azərbaycan ABŞ-ın hərbi heyətinin Əfqanıstana göndərilməsi üçün öz hava məkanını Amerikanın ixtiyarına verən ilk ölkələrdən biri oldu. Azərbaycan əsgərləri Əfqanıstanda və İraqda sülhün dəstəklənməsi missiyalarında, habelə Kosovoda sülhməramlı missiyada da iştirak etdilər. Bununla Azərbaycan Vaşinqtonla tərəfdaşlığa sadiq olduğunu sübut etdi. Bundan əlavə, Prezident İlham Əliyev Azərbaycanın Polis Akademiyasında, hərbi məktəblərində və Diplomatiya Akademiyasında Əfqanıstan dövlət təhlükəsizlik xidməti əməkdaşlarının təhsil alması üçün 3 milyon avro ayırandan sonra rəsmi Bakı Əfqanıstanın dövlət təhlükəsizliyi xidmətinin inkişafına və əməkdaşlarının hazırlanmasına öz töhfəsini verdi. Azərbaycan terrorizmə qarşı mübarizə və nüvə silahının yayılmaması sahəsində də ABŞ-la tərəfdaşlığı davam etdirir, bununla da regionda təhlükəsizliyi təmin edir. Sonda müəllif Vaşinqtonu Azərbaycanın regionda inkişafı və təhlükəsizliyi təmin etmək səylərini dəstəkləməyə çağırır.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Azərbaycan ilə Birləşmiş Ştatlar arasında təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq haqqında Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə yazılı kampaniyası çərçivəsində dərc olunub.

Tarix
2016.02.05 / 23:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla