Yuxarı

Britaniya KİV: “Türkiyə Soyuq müharibədən sonra…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın nüfuzlu "Ekonomist" jurnalı Soyuq müharibədən sonra Türkiyə xarici siyasətindən bəhs edən maraqlı məqalə dərc edib.

Axar.az xəbər verir ki, məqalədə Türkiyənin Yaxın Şərq siyasətindən danışılır:

"Geopolitik səviyyədə Türkiyə qədər həssas bir mövqedə olan çox az ölkə var. Bu ölkə uzun illər boyunca Şərqlə Qərb arasında körpü rolunu oynayıb. Bu roluna baxmayaraq, Türkiyə çox vaxt güc və məsuliyyətini yetərincə göstərə bilməyib. Ölkənin II Dünya Savaşından sonra yürütdüyü xarici siyasət buna ən yaxşı nümunədir".

Məqalədə qeyd olunur ki, Baş nazir Əhməd Davudoğlunun Xarici İşlər naziri olduğu dövrlərdə "qonşularla sıfır problem" siyasətinə start verilib - Ermənistan və Şimali İraqdakı kürdlərlə keçmiş ədavət bir kənara qoyuldu, Rusiya ilə ticari əlaqələr artdı və ərəb ölkələri ilə əlaqələr inkişaf etdirildi.

"Bəhs edilən dövrdə yalnız Avropa Birliyi ilə üzvlük müzakirələri dayandı. Bunda AB liderlərinin təsiri də az olmayıb. Lakin suriyalı qaçqın axını səbəbindən AB Türkiyə ilə danışıqlara yenidən başladı. Ancaq Türkiyənin birliyə üzvlüyü hələ gözlənilmir.

Türkiyə problem yaşayan qonşularına ağıl vermək əvəzinə dözümlü və inadcıl davranır. Amma ən əhəmiyyətlisi odur ki, Ankara bölgənin hər an alovlanmağa hazır kompleks quruluşunu tam olaraq qavraya bilmədiyini göstərir. Məslən, 2011-ci ildə "ərəb baharı" ortaya çıxanda Türkiyə hökuməti hadisələrə öz prizmasından baxmağa başladı", - məqalədə qeyd olunub.

Məqalədə Türkiyənin Suriyadakı müxaliflərə gizli hərbi yardım göstərdiyi iddia edilib. Məlumata görə, Əsəd rejimi ilə heç cür barışa bilməyən rəsmi Ankara cənub sərhədlərində müharibənin uzun müddət davam etdirilməsində maraqlı deyil:

"Türkiyənin son dövrlərdə düzgün xarici siyasət yürütdünü deyə bilərik. İsrail ilə gərginlik azaldıldı, İran-Səudiyyə Ərəbistanı gərginliyində tərəf tutmadı. Ayrıca, AB ilə üzvlük danışıqları yenidən başlanıb. Türkiyə xarici əlaqələrdə artıq məsuliyyətini hiss edir".

Tarix
2016.02.06 / 08:45
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla