Yuxarı

“Çirkli pulların leqallaşmasına ehtiyac var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Azərbaycan cəmiyyətində hər bir varın, mülkün qanuniləşməsini təmin etmək, gəlirlərin deklarasiyasını həyata keçirmək lazımdır ki, heç kəsi var-dövlətini aşkarlamaqdan çəkinməsin, legitimlik görsün və ən əsası onun toxunulmazlığı təmin olunsun.

Bu barədə Azərbaycanda maliyyə amnistiyası ilə bağlı Axar.az-a danışarkən millət vəkili Zahid Oruc açıqlama verib. Deputat hazırda ölkədə maliyyə amnistiyasının mühüm bir məsələ kimi meydana çıxdığını vurğulayıb:

"Hər bir ölkə fərqindədir ki, qazanılmış vəsaitin mənbəyindən asılı olmayaraq bu pullar iqtisadi həyatdan kənarlaşırsa, bu çox ciddi problemlərə yol açır. Əslində, 1995-ci ildə Azərbaycanda maliyyə amnistiyası ilə bağlı qanunvericilikdə yer alan müddəalar qüvvədədir. Bu gün faktiki olaraq bu qanunu tətbiq etməklə xaricə gedən, xüsusilə də səpələnən pulları geri qaytarmaq mümkündür. Hesab edirəm ki, bu məsələ ilə bağlı konkret zaman elan etmək lazımdır. Necə ki, məsələn, qonşu Gürcüstanda, Rusiyada bunu həyata keçirirlər. Azərbaycanda bütün villaları, iri mülkiyyət obyektlərini, bahalı avtomobilləri hədəf kimi seçərək onlara inqilabi baxışları stimullaşdıra bilmərik. Bu, təhlükəli tendensiyadır. Ona görə də ən yaxşı yol müəyyən bir zaman çərçivəsində sözügedən vəsaitlərin ölkəyə dönüşü elan edilməlidir. Bir şərtlə ki, onlarla bağlı hər hansı dindirilmə və inzibati tədbirlərə ehtiyac duyulmasın. Yalnız bu halda hansısa 2 və 3-cü dərəcəli insanların adına rəsmiləşdirilən bir çox mülkiyyətlərdən xilas olacağıq".

Z.Oruc sözügedən məsələnin yenidən ayrıca bir qanun layihəsinə salınmasının vacibliyindən də danışıb:

"Bu proses nəticəsində dövriyyələr şəffaflaşacaq və Azərbaycanın iqtisadi həyatına çoxlu pul kütləsi daxil olacaq. Hazırkı dövrdə buna ehtiyac var. Xüsusilə, Azərbaycanda yeni istehsalat sahələrinin yaradılması, orta və kiçik sahibkarlığa investisiyaların qoyulması baxımından kriminal pulların leqallaşdırılmasına çox ciddi ehtiyac var. Bunu ayrıca bir qanun layihəsinə salmaq və dövləti yanaşma sərgiləməklə bunu həyata keçirmək olar. Ümidvarıq ki, artıq iqtisadi blok administrasiyada da gücləndirilib. Bir tərəfdən Natiq Əmirovun prezidentin köməkçi təyin olunması, eyni zamanda, az qala ombudsman təsərrüatlı, sahibkarların hüquqlarını təmin edəcək bir şuranın yaradılması, maliyyə bank sistemini bilən və Qiymətli Kağızların Azərbaycanda qurulmasına hər zaman can atan, bununla bağlı ən yaxşı təkliflər verən Rüfət Aslanlı kimi peşəkarların sırasında qeyd edilən maliyyə amnistiyası ilə bağlı məsələ düşünürəm ki, hökumət və dövlət tərəfindən dəstəklənəcək".

Tarix
2016.02.06 / 09:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla