Yuxarı

Əliyevin London səfəri və Qarabağ təklifi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə rəhbərinin Suriya ilə bağlı Londonda beynəlxalq konfransa dəvət olunması çox əhəmiyyətli bir hadisədir.

Bu haqda millət vəkili Zahid Oruc Axar.az-a açıqlama verib. Deputat Prezident İlham Əliyevin Londona bir nüçə gün öncəki səfəri ilə bağlı 4 vacib məqamı bölüşüb:

"Birincisi, Qarabağın separatçı rəhbəri Bako Saakyanın Londona dəvət alması, orada müxtəlif siyasilərlə görüşü Bakı ilə bu ölkə arasında soyuqluğa səbəb olmuşdu. Ona görə də İngiltərənin dövlət başçısı və Baş nazir Devid Kemeronun dəvəti ilə belə bir səfərin gerçəkləşməsi bizim üçün çox önəmlidir.

İkincisi, Suriya vəhşəti Avropa məkanının deyil, bütövlükdə dünyanın təhlükəsizliyinin baş probleminə çevrilib. İndi isə Suriyada humanitar faciənin dayandırılması yolunda 9 milyard pul toplamaq üçün belə konfranslara əl atırlar.

Üçüncüsü, prezidentin oradakı çıxışı, Qarabağ məsələsini informativ müstəvidə Suriyada ərazi problemi kimi ortaya qoyması Azərbaycanın xeyrinədir. Bununla belə, Türkiyənin məruz qaldığı qaçqın köçü və strateji mütəfiqimizin bu gün Yaxın Şərqlə bağlı proseslərdəki rolu tərəfimizdən izlənilir".

Z. Oruc bildirib ki, Azərbaycan da istənilən şəraitdə Qarabağ üçün beynəlxalq sülh konfranslarının çağırılmasını tələb edə bilər:

"Bu, dördüncü və ən vacib məqamdır. Çünki problem ölü nöqtədən tərpənmir. Prezidentin London səfəri Qarabağ məsələsinə gerçək siyasi hüquqlar tanıyır. Azərbaycan qəti şəkildə bu məsələdə qapalılığın əleyhinədir. Bu gün Suriyanın timsalında verilən siyasi qərarların ağır nəticələrini görən siyasi qüvvələr bilməlidirlər ki, Cənubi Qafqazda da proseslər kifayət qədər təhlükəli hal alıb. Bir erməni generalının Azərbaycanı neft kəmərlərinin vurulacağı ilə hədələməsi elə onları təmsil edən dövlətlərə qarşı müharibə elan etmək deyilmi? Ona görə də birmənalı şəkildə Qarabağ üçün beynəlxalq sülh konfransının keçirilməsi xarici siyasətimizin əsas hədəfi olmalıdır".

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 3-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olub. Yanvarın 4-də isə dövlət başçısı Londonda keçirilən "Suriyaya və regiona dəstək" konfransında iştirak edib.

Tarix
2016.02.06 / 10:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla