Yuxarı

Millət vəkili bəzi şirkətlərə xəbərdarlıq etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənir Paşayeva "Dünya Turizm Forumu"nda Qarabağla bağlı çağırış edib.

Axar.az xəbər verir ki, yüzlərlə tanınmış şirkət rəhbəri, siyasətçi, məşhur media qurumu və turizm şirkətinin iştirakı ilə keçirilən "Dünya Turizm Forumu"nda millət vəkili "Siyasət və turizm" mövzusunda geniş məruzə ilə çıxış edib.

Q.Paşayeva turizmin genişlənməsinin iqtisadiyyatla bərabər mədəniyyətlər və dinlərarası dialoqa da öz müsbət töhvələrini verdiyini deyib.

Deputat dünyada turizmin genişlənməsinə zərbə vuran amillərdən danışıb:

"Ancaq Azərbaycanın 20 faizinin Ermənistan tərəfindən işğalı ölkəmizə çox böyük zərbələr vurdu. Hazırda işğal altında olan torpaqlarınımız turizm baxımından çox gözəl bölgələrdir. Turizmə zərbə vuran digər ciddi bir amil olan terrorun bütün dünyada artması böyük narahatlıq doğurmalıdır. Ona görə də harada baş verməsindən asılı olmayaraq, işğallara qarşı hər kəs öz etiraz səsi ucaltmalıdır. Ermənistanın dəstəyi ilə mülki azərbaycanlılara qarşı terror hadisələri törədiləndə və Türkiyədə terror təşkilatı minlərlə günahsız insanı qətlə yetiriləndə terrorla mübarizədə ciddi dəstək görmədik. Bu məsələdə ikili standartlar olmamalıdır".

Millət vəkili turizm şirkətlərinə xəbərdarlıq edib:

"Bəzi turizm şirkətləri təşkil etdikləri sərgilərdə bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin ayrıca bir ölkə kimi təmsil olunması kimi böyük bir səhvə yol verirlər. Dünyada "Dağlıq Qarabağ Respublikası" deyilən bir dövlət yoxdur və olmayacaq".

Tarix
2016.02.06 / 12:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla