Yuxarı

Türkiyə şəhid İmran Mirzəyevə yas saxlayır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamı gəlir əlimdən üzümdən-öpür, deyirlər, oğlun şəhid oldu, amma burdakı bütün gənclər sənin oğlundur.

Bu sözləri Axar.az-a Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyevin anası Sevinc xanım deyib. Övladının dəfnində iştirak edə bilməyən ana dövlət rəsmilərindən ona ölkəyə gəlməkdə köməklik göstərmələrini xahiş edib:

- Oğlumun ölümünü saytlardan izləyirəm, axı mən onun yanında olmalı idim. Sarıla bilmədim oğlumun cənazəsinə, vidalaşa bilmədim. Mən oğul vermişəm Vətənimə. İmran istəsə, Türkiyədən heç gəlməzdi, amma o, könüllü olaraq Vətən qarşısında borcunu yerinə yetirmək üçün ölkəmizə qayıtdı. Şəhid düşdüyü gün mənə zəng etmişdi, dedi, ana, 55 günüm qaldı, xidməti başa vurum, yanına qayıdacam. Dedim anana öpücük göndər, o öpücük sonuncu oldu.

Şəhid anası Türkiyəyə köçməsinin səbəbini danışıb:

- O vaxt vəziyyət pis idi, fabrikdə 3 növbə işləyirdim, amma övladlarımı dolandıra bilmirdim. İmranın 5 yaşı olanda atası bizi atıb getdi, harda olduğunu heç indi də bilmirəm. Ona görə də övladlarımı uşaq evinə qoydum. Bir il orda qaldılar. Sonra Türkiyəyə köçdük, burda ailə qurdum. Övladlarımın hamısı burda oxudu. 8-ci sinifdən sonra oxumadı İmran, dedi, ana, işləyib sənə baxmalıyam. Hər yerdə işləyirdi, bizim üçün narahat idi.

"Burda məni tək qoymadılar..."

- Burda hər kəs İmranin şəklini yaxasına sancıb. Bələdiyyə 3 molla tutub. Oğlum burda anılır, məni tək qoymurlar...

Qeyd edək ki, şəhid İmran Mirzəyevin anası Türkiyənin Bursa şəhərində yaşayır. Ölkədə oturum izni almadığından, 7-8 aylıq cəriməsi yaranıb. Bu cəriməni ödəmək imkanı olmadığından, Sevinc xanım Vətənə gəlib, övladının dəfnində və yas mərasimində iştirak edə bilməyib.

Yevlax rayon Aran qəsəbəsi bələdiyyəsindən Axar.az-a bildirilib ki, şəhidin atasının hansı bölgədə yaşaması barədə dəqiq məlumat olmadığından, onun baş verənlərdən xəbəri yoxdur.

Tarix
2016.02.06 / 13:29
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla