Yuxarı

Elman Mehdiyev: “Pensiyalara 210 milyon sərf olunacaq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 6-da Lerik rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Fonddan Axar.az-a verilən xəbərə görə, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, müxtəlif təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun sosial-iqtisadi inkişafı, icra olunan çoxsaylı layihələr, aparılan abadlıq-quruculuq işləri, yaradılan yeni iş yerləri barədə məlumat verib. DSMF sədri E. Mehdiyev çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olunur. "Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar, o cümlədən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri vaxtında reallaşdırılır. Təkcə cari ilin yanvar ayında sosial ödənişlərin artırılması sahəsində Azərbaycan Prezidenti tərəfindən 20-dən çox sərəncam verilib və sərəncamların icrası 1 milyon 800 mindən çox şəxsə şamil olunub. Bu sıradan olan əmək pensiyalarının artırılması barədə sərəncamların icrasına il ərzində 210 milyon manatdan artıq vəsait sərf olunacaq", - deyə E. Mehdiyev bildirib.

E. Mehdiyev əlavə edib ki, ölkəmizdə qurulmuş möhkəm təməlin ifadəsi kimi regionlarda, xüsusilə kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlüyünü daha da artırıb. Lerik rayonunun hazırkı sosial-iqtisadi mənzərəsi, aparılan böyük quruculuq işləri, sosial infrastrukturun müasir əsaslarla tam yenilənməsi, əhalinin rifahının daha da artırılması tədbirləri Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən diqqətin əyani nümunəsidir.

"Bu gün dünyanın nüfuzlu maliyyə və iqtisadi qurumlarının qlobal böhran şəraitində sosial-iqtisadi həyatın tənzimlənməsi istiqamətində enerji daşıyıcıları ixrac edən ölkələr üzrə təqdim etdiyi həll yollarına diqqət etsək, bir daha aydın olur ki, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin və sahibkarlığın inkişafı Azərbaycan Prezidenti tərəfindən hələ enerji bazarındakı qeyri-sabitlikdən xeyli əvvəl əsas strateji kurs kimi elan edilib. Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir", - deyə sədr qeyd edib.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasından irəli gələn vəzifələrdən danışan E. Mehdiyev bildirib ki, əhalinin gəlir əldə etmək imkanlarının daha da genişləndirilməsi və iqtisadi islahatların sosial müdafiə tədbirləri ilə tamamlanması əsas prioritetlərdəndir.

Milli Məclisin deputatı İqbal Məmmədovun da iştirak etdiyi görüş işgüzar müzakirələr şəraitində davam edib və tədbir iştirakçıları regionlara göstərilən qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

Tarix
2016.02.06 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla