Yuxarı

“Mən əsgərlikdə tank sürmüşəm”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim nəqliyyat vasitələrimiz var, vaxtilə alınıb və onların istifadə müddəti başa çatmayıb. Bu müddət başa çatdıqdan sonra o barədə qərar qəbul edəcəyik.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bunu ölkə prezidentinin tövsiyəsindən sonra hakim partiyanın Naxçıvan istehsalı olan "NAZ-Lifan" markalı avtomobillər sifariş edib-etmədiyi barədə Musavat.com-un sualını cavablandırarkən söyləyib.

Bununla belə, S.Novruzov qeyd edib ki, partiyanın rayon, şəhər təşkilatlarına göstərişlər verilib: "Bizim partiyanın 84 rayon və şəhər təşkilatı var. Təşkilatların təqribən 60-ı üzvlük haqları hesabına müxtəlif markalı maşınlar alıblar və nəqliyyat vasitəsi ilə təmin olunublar. Qalan təşkilatlarımız isə bundan sonra avtomobillər almaq təşəbbüsündə bulunduqda, məhz adıçəkilən avtomobildən istifadə edəcəklər. Bizim Naxçıvandakı şəhər və rayon təşkilatlarının hamısında "Naz-Lifan" var. Digərlərinə də demişik ki, bundan sonra alınan maşınlar ancaq "Naz-Lifan" olmalıdır".

S.Novruzov özü necə, avtomobili idarə edə bilirmi? YAP-çı deputatın cavabı belə olub: "Əslində sürə bilirəm. Mən əsgərlikdə tank sürmüşəm, yəni "tankist" olmuşam. Tank sürməksə maşın sürməkdən daha çətindir. Amma indiki iş şəraitində maşın sürmək elə də asan deyil. Çünki yolboyu mobil telefonla danışırsan, vacib xəbərləri oxuyursan. Ona görə də maşın sürəndə bu, vaxt itkisinə səbəb olur. Odur ki, nəqliyyat vasitəsini özüm idarə etmirəm".

Tarix
2016.02.06 / 16:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla