Yuxarı

Fuad Ələsgərov: “Hər bir hakimiyyət nümayəndəsi…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Masallıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Axar.az xəbər verir ki, Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə çıxış edən PA rəsmisi bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən hakimiyyət nümayəndələrinin regionlarda vətəndaşlarla birbaşa təmasları yaxşı ənənə halını alıb. Bu, dövlət məmurlarına bölgələrdəki vəziyyətlə, yerli sakinlərin üzləşdiyi problemlərlə daha yaxından tanış olmaq, onlarla canlı ünsiyyət qurmaq və mövcud problemlərinin həllində insanlara yardımçı olmaq baxımından mühüm əhəmiyyət kəsb edir:

"2015-ci il Azərbaycan üçün bütün sahələrdə çox əlamətdar bir il olub. Ölkəmizin Avropanın qaz təchizatında mühüm rolunu təmin edəcək "Cənub" qaz dəhlizinin icrası istiqamətində atılan addımlar, Azərbaycanın özünü Şimal-Cənub və Şərq-Qərb marşrutu üzrə çox güclü tranzit ölkə kimi təqdim etməsi nəticəsində respublikamız əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilib.

2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Keçən il üçün nəzərdə tutulmuş bütün sosial proqramlar icra edilib, insanlara verilən ünvanlı dövlət sosial yardımı 7 faiz artırılıb. Ümumiyyətlə, sosial proqramların həyata keçirilməsi Prezidentin daim diqqət mərkəzindədir. Son 12 ildə ölkəmizdə 1 milyon 500 min iş yeri yaradılıb və bunların 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində ölkəmizdə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb".

Prezident Administrasiyasının rəsmisi görüş iştirakçılarını ictimai-siyasi sabitliyin, ictimai təhlükəsizliyin qorunması istiqamətində əldə olunan nəticələrlə bağlı da məlumatlandırıb. Diqqətə çatdırıb ki, ötən il əhalinin hər 100 min nəfərinə 277 cinayət hadisəsi düşüb. Bu göstəriciyə görə də Azərbaycan MDB və Avropa ölkələri arasında öncül mövqelərdən birini tutur. Digər mühüm göstərici ölkə ərazisində törədilmiş 23545 cinayətin 82,4 faizinin açılması olub. 2015-ci ildə daxili qoşunların maddi-texniki hazırlığının artırılması, onun üçün müasir texnikanın əldə edilməsi, daxili qoşunlarda intizamın və döyüş hazırlığının gücləndirilməsinə böyük diqqət yetirilib:

"2015-ci ildə Masallı rayonunda da cinayətkarlıqla effektiv mübarizə aparılıb. Rayon ərazisində törədilmiş 334 cinayətin 93,2 faizi açılıb ki, bu da çox yaxşı göstəricidir".

Dövlət proqramları çərçivəsində Masallı rayonunun inkişafı üçün də önəmli işlər görüldüyünü diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi deyib:

"Son 12 il ərzində Masallıda 47 məktəb binası, 3 uşaq bağçası, 22 həkim və tibb məntəqəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialı, 2 sahə xəstəxanası, 15 kitabxana, Heydər Əliyev Mərkəzi, Mədəniyyət Evi, Gənclər Mərkəzi və bir sıra idman kompleksləri tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Tezliklə Tarix Diyarşünaslıq Muzeyi və Uşaq İncəsənət Məktəbinin də inşası başa çatdırılacaq. Rayonda qazlaşma 90 faizə çatdırılıb, 70 km uzunluğunda kəndlərarası yollar asfaltlaşdırılıb, 11 hektar istixana təsərrüfatı və 50 hektar çayçılıq plantasiyası salınıb. Hazırda rayonda su-kanalizasiya sisteminin çəkilişi başa çatmaq üzrədir. Masallı rayonunda bu günə qədər mərkəzləşdirilmiş su-kanalizasiya sisteminin olmadığını nəzərə alsaq, bu olduqca mühüm hadisədir.

Dünyada baş verən iqtisadi böhran ölkəmizə də təsirsiz ötüşməyib, ölkənin gəlirlərinə mənfi təsir göstərib, manatın dəyərdən düşməsinə səbəb olub. Bu prosesə baxmayaraq, dünyada böhranın başlandığı ilk günlərdən Prezident İlham Əliyev böhranın Azərbaycan vətəndaşlarına təsirinin minimuma endirilməsi üçün bütün zəruri addımları atıb. İlk növbədə istehlak məhsullarının qiymətlərinə ciddi nəzarət etmək, süni qiymət artımı hallarının qarşısını almaq barədə tapşırıqlar verib.

Ölkəyə gətirilən buğdaya, un və çörək istehsalına görə tətbiq olunan əlavə dəyər vergisi Prezidentin göstərişi ilə ləğv edilib və bunun nəticəsində çörəyin qiymətində artımın qarşısı alınıb. Eyni zamanda, dövlətimizin başçısının imzaladığı sərəncamlarla büdcədən maliyyələşən bir çox qurumların işçilərinin maaşları, pensiyalar, müavinətlər, təqaüdlər artırılıb. 2016-cı ilin yalnız yanvar ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 20-dən çox fərman və sərəncam imzalanıb. Bununla da Prezident İlham Əliyev vətəndaşların sosial rifah halının onun üçün hər şeydən üstün olduğunu əyani şəkildə göstərib.

2016-cı ildə Masallı rayonunda da yerli istehsalın, turizmin inkişafı və yeni iş yerlərinin açılması üçün mühüm işlərin görülməsi nəzərdə tutulub. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Masallı rayonunda 10 hektar ərazidə sənaye məhəlləsinin salınması ilə bağlı təkliflər hazırlanır. Müxtəlif çeşiddə məhsulların istehsalı üçün zəruri infrastrukturun inşa ediləcəyi bu məhəllədə 300 nəfərə yaxın sakin işlə təmin ediləcək. Rayonda daha 50 hektar çayçılıq plantasiyasının salınması planlaşdırılır. Bununla çayçılıq plantasiyalarında çalışanların sayı 500 nəfərdən artıq olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün "Azərsun" şirkətinə əlavə torpaqların ayrılması nəzərdə tutulub ki, bununla da istehsalın daha da genişləndirilməsi və yeni iş yerlərinin açılması təmin ediləcək. Masallı rayonunda "Nur-M" konserv zavodunun fəaliyyətinin bərpası üçün işlər görülür. Zavodun fəaliyyətinin bərpası ilə ilkin olaraq 1000 nəfərin işlə təmin edilməsi, sonradan isə bu rəqəmin daha da artırılması mümkün olacaq. Hazırda Masallı rayonunda turizm sektorunun inkişafı üçün layihələr nəzərdən keçirilir. Vaxtilə rayonda yerləşən "İstisu" sanatoriyası ümumittifaq əhəmiyyətinə malik idi. Bu sanatoriyanın dirçəldilməsi, ümumiyyətlə Masallı rayonunda turizmin inkişafı yerli əhalinin işlə təmin edilməsi, rayona daha çox turistin cəlb edilməsi, beləliklə də insanların gəlirlərinin artması baxımından çox əhəmiyyətlidir. 2016-cı ildə Masallıda Bayraq meydanının, 100 nəfərlik uşaq bağçasının və digər sosial obyektlərin açılması da planlaşdırılıb. Bununla yanaşı, Masallı Olimpiya Kompleksindən başlayaraq şəhərə yeni giriş – eni 14 metr, uzunluğu 3,3 km olan müasir Nizami prospekti də inşa edilir".

F.Ələsgərov çıxışını bu sözlərlə tamamlayıb: "Hazırkı dövrdə hər bir hakimiyyət nümayəndəsi öz məsuliyyətini dərk etməli, xalqın problemlərinin həll olunması üçün xüsusi həssaslıq nümayiş etdirməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət məmurları özlərini təvazökar aparmalı, xalqla bir yerdə olmalıdırlar. Bununla biz xalq-iqtidar birliyini daha da gücləndirərək dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan vəzifələrin icrasına nail olacağıq".

Tarix
2016.02.06 / 17:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla