Yuxarı

Alimlər ölümsüzlüyün sirrini tapdı - Kəşf

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Nyukasl Universitetinin bir qrup alimi vaxtı geriyə çevirib hüceyrələrin qocalmasının qarşısını necə almağın sirrini açıb.

Azərtac xəbər verir ki, enerji "qoruyucuları" - mitoxondriyalar qocalmanın əsas amili sayılıb. Alimlər hesab edirlər ki, mitoxondriyalar qocalmaqda olan hüceyrələrdən çıxarılsa, dağıdıcı proses dayanacaq və sistem xeyli cavanlaşacaq.

Mitoxondriyaları çox vaxt "batareya" adlandırırlar. Bu onunla bağlıdır ki, onlar hüceyrələrin fəaliyyəti və bütövlükdə insan orqanizmi üçün zəruri olan enerjinin paylanmasına məsuldur. İnsan yaşa dolduqca, orqanizmdə tədricən müxtəlif dərəcəli zədələr toplanır. Alimlərin sözlərinə görə, bu zədələr iltihab proseslərini sürətləndirir, nəticədə qocalma prosesi inkişaf edir. Mitoxondriyalar laboratoriya şəraitində hüceyrələrdən çıxarılanda qocalma prosesini dayandırmaq mümkün olub, çünki iltihablı molekulların və gen ekspressiyalarının səviyyələri eynən gənclərinki kimi olub.

Alimlər topladıqları təcrübəyə söykənərək, hüceyrələrin qocalma tezliyini yavaşıtmağa kömək edəcək metodlar yaratmaq niyyətindədirlər.

Tarix
2016.02.06 / 18:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla