Yuxarı

Zakayev Kadırovun çağırışına cavab verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qohumlarımla yoldaş Ramzan Kadırovun görüşməsi barədə danışmamışam.

Axar.az xəbər verir ki, bu sözləri İçkeriyanın azadlığı uğrunda Rusiya ilə silahlı mübarizə aparan hərbi qüvvələrin keçmiş briqada generalı, İngiltərədə mühacir həyatı sürən Əhməd Zakayev deyib.

Onun sözlərinə görə, qohumları ilə çoxdan əlaqəsi kəsilib:

"Son günlər yoldaş Kadırov mənim qohumlarımla əlaqə yaratmağa çalışıb. Bu yolda qohumlarıma təzyiqlər göstərilib. Baxmayaraq ki, bu günədək qohumlarımın məndən imtina etmələri üçün təsirlər ediblər. Bütün bunların səbəbi mənim Çeçenistan və Rusiya arasındakı münasibətlərə olan mövqeyimdir. Mən hələ də münasibətlərin Yeltsinlə Məshədov arasında bağlanmış müqaviləyə əsasən tənzimlənməli olduğu fikrindəyyəm".

Xatırladaq ki, daha öncə Çeçenistan Prezidenti Ramzan Kadırov Zakayevin qardaşı və bacısıgilə qonaq gedərək, qardaşlarını ölkəyə dəvət etmələrini xahiş edib. Prezident Zakayevin təhlükəsiz şəraitdə yaşayacağını və onun üçün heç bir təhdidin mövcud olmadığını deyib.

Zakayev BBC-yə müsahibəsi zamanı bu təklifə də rəy verib:

"Çeçenistanda heç nə dəyişməyib. Mənim ora qayıtmaq fikrim yoxdur. Çünki Çeçenistan hələ də əsarətdədir".

Tarix
2016.02.06 / 20:29
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla