Yuxarı

Beş ay əvvəl qətl törədənlər saxlanıldı - Abşeronda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeronda beş ay əvvəl qətl törədən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il Abşeron rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Belə ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib.

İstintaqla həmçinin müəyyən edilib ki, Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini 1982-ci il təvəllüdlü Nizami İsmayılov Xanlar Nadirovla birlikdə 6 sentyabr 2015-ci il tarixdə, saat 22 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafeyə gedərək orada yeyib-içiblər. Yeyib-içdikdən sonra onların arasında mübahisə yaranıb və yuxarıda adları çəkilən şəxslər X. Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada onu qətlə yetiriblər.

Cinayətin Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.02.07 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla